Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Yasamaldakı bu obyektin fəaliyyəti dayandırıldı - VİDEO

19.10.2024 18:24 849
Yasamaldakı bu obyektin fəaliyyəti dayandırıldı - VİDEO
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən "RD Smart" QSC-yə məxsus anbarda yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, obyekt yanğın su hovuzu, avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi, ilkin yanğınsöndürmə vasitələri və daxili yanğın su kranları ilə təmin edilməyib, elektrik təsərrüfatı "Elektrik qurğularının quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib.

Qeyd edilib ki, anbar otağında taxta konstruksiyalardan ibarət olan rəflər odadavamlı məhlulla hopdurulmayıb, daxili əmrlə könüllü yanğınsöndürən dəstəsi təyin edilməyib və obyektin əməkdaşları yanğın təhlükəsizliyinə dair təlimatlandırılmayıb.

Həmçinin obyektin fəaliyyəti, habelə təxliyə planı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı vurğulanıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş anbarın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.скачать dle 11.3
Mojo.az Banner