Mojo.az — elanlar
Son Xəbərlər
14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı

23.05.2026 21:00 516
Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı
Fransada 1889-cu ildə inşa edilən məşhur Eyfel Qülləsi-nə aid orijinal 14 pilləlik pilləkən hissəsi Parisdə keçirilən hərracda 450 min 160 avro (təxminən 837 min 600 Azərbaycan manatı) qarşılığında satılıb.

Median.Az xəbər verir ki, Parisdəki Artcurial hərrac evində təşkil olunan satışda Qustav Eyfel tərəfindən layihələndirilən qüllənin ikinci və üçüncü mərtəbələrini birləşdirən 2,75 metr hündürlüyündə və 1,4 ton ağırlığında olan orijinal pilləkən hissəsi satışa çıxarılıb. Təxmini dəyəri 120–150 min avro (təxminən 222–278 min Azərbaycan manatı) olan bu tarixi parça gözləntiləri qat-qat aşaraq təxminən üç dəfə baha qiymətə alıcı tapıb.

Məlumata görə, qüllənin orijinal pilləkənlərinin 160 metrlik hissəsi təxminən 40 il əvvəl kiçik bölmələrə ayrılaraq satışa çıxarılıb. Daha sonra isə onların yerinə liftlər quraşdırılıb.

Əvvəllər, 2008-ci ildə həmin pilləkənin başqa bir hissəsi ABŞ-li bir kolleksiyaçıya 553 min avro (təxminən 1 milyon 29 min Azərbaycan manatı) qarşılığında satılaraq rekord qiymət müəyyən edib. Hazırda bu cür tarixi parçalar dünyanın müxtəlif yerlərində, o cümlədən Nyu-Yorkdakı Azadlıq Heykəli ətrafında, Yaponiyada Yoşii Fondunun bağlarında və müxtəlif şəxsi kolleksiyalarda sərgilənir.

Satılan pilləkən hissəsinin yeni sahibinin kimliyi isə açıqlanmayıb.

Son xəbərlər