Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

I Böyük Qayıdış proqramı ilin sonuna qədər yekunlaşacaq

20.05.2026 17:50 327
I Böyük Qayıdış proqramı ilin sonuna qədər yekunlaşacaq
I Böyük Qayıdış proqramı bu ilin sonuna qədər yekunlaşacaq.

Bunu WUF13 çərçivəsində BMTM tərəfindən təşkil edilən urbisid və onun nəticələrinə dair panel sessiyasında Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, 2020-ci ildən sonra görülən əsas işlərdən biri də Prezident İlham Əliyevin sərəncamı ilə 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış proqramının hazırlanması olub: "Beləliklə, bu ilin sonuna qədər ilk proqram artıq yekunlaşır və artıq 80 mindən çox insanın bu ərazilərdə yaşaması nəzərdə tutulur. Tikinti prosesində biz Birləşmiş Millətlər Təşkilatının əsas istiqamətlərindən biri olan Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tuturuq. Rahat həyat, yaşıl, təmiz və müasir innovasiyalar konsepsiyası baş planın əsasını təşkil edir. "Ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyası bu transformasiyanın əsas sütunlarından birinə çevrilib. Yeni yaşayış məntəqələri resurslardan səmərəli istifadəni, enerji effektivliyini, inkişaf etmiş xidmətləri və geri qayıdan sakinlər üçün daha yüksək həyat keyfiyyətini təmin etmək məqsədilə layihələndirilir. Bu səylər yalnız itirilmişi bərpa etməyə deyil, gələcək nəsillər üçün daha yaxşı, inklüziv və dayanıqlı icmalar qurmağa yönəlib.

Bu kəndlərdə müasir şəhərsalma sakinlərin gündəlik ehtiyaclarını praktik, təhlükəsiz və səmərəli şəkildə qarşılamaq üçün nəzərdə tutulub. Məktəblərə, səhiyyə xidmətlərinə, təmiz suya, ictimai xidmətlərə, bərpa olunan enerji mənbələrinə və məşğulluq imkanlarına çıxış planlaşdırma prosesinə tam inteqrasiya olunub”.

Vahid Hacıyev qeyd edib ki, məqsəd yalnız mənzil təmin etmək deyil, insanların yaşaya, işləyə və gələcəklərini qura biləcəkləri təhlükəsiz və funksional icmalar yaratmaqdır: "Eyni zamanda, əsas məqsədlərimizdən biri dayanıqlı inkişafdır və iqtisadi inkişaf onsuz mümkün deyil. Cəbrayıl, Qubadlı və Zəngilanın iqtisadi potensialı olduqca böyükdür və geniş imkanlara malikdir. Bu rayonların iqtisadi inkişafını əsasən müəyyən edəcək istiqamətlər sırasında kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat, logistika, turizm və alternativ enerji sahələri yer alır. Azərbaycanın təcrübəsi göstərir ki, münaqişədən sonrakı bərpa prosesi uzunmüddətli planlaşdırma, güclü siyasi iradə və dayanıqlı inkişaf prinsipləri ilə həyata keçirildikdə, postmünaqişə bölgələri inkişafın, bağlantıların və sülhün hərəkətverici qüvvəsinə çevrilə bilər”.//APAскачать dle 11.3
Mojo.az Banner