Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Prezidenti: “İşğaldan azad olunmuş ərazilərdə sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik”

24.11.2023 15:34 4 125
Azərbaycan Prezidenti: “İşğaldan azad olunmuş ərazilərdə sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik”
“Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

Dövlətimizin başçısı ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən doqquz şəhər və səkkiz qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib.

“Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.

Son xəbərlər