Mojo.az Banner
23:02 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi oldu  |     22:57 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 11 milyon dolları keçdi  |     22:49 Xalq artisti oğluna gəlinsiz toy etdi (VİDEO)  |     22:44 Xanım sahibkar 40 min dollar cərimələndi  |     22:36 Alimlər kosmosda qalaktikaları məhv edən güclü küləklər aşkar etdi  |     22:31 Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir  |     22:24 Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq?  |     22:18 UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq  |     22:09 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq  |     22:09 Energetik içkilər adi sərinləşdirici içki deyil: İstehlakçılar nələrə diqqət etməlidir? - Video  |     21:44 Universitet müəllimi vəfat edib - FOTO  |     21:43 "Beniz"in işində şahid məcburi məhkəməyə gətiriləcək  |     21:43 Bakıda 6 avtomobildən oğurluq edildi  |     21:41 Məktəbdə ciddi nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı, məhkəmə qərarı qüvvədə saxladı  |     20:48 Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək  |     20:43 Qubada istirahət mərkəzi su altında qaldı - Video  |     20:37 Qəbələdə yanğın oldu  |     20:29 "Telegram" bir həftəlik bloklandı - Hindistanda  |     20:24 Sabah 35° isti olacaq  |     20:15 Filippindəki zəlzələdə ölənlərin sayı artdı  |    
Left Banner
Right Banner

Ağdamdan SON GÖRÜNTÜLƏR: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq - VİDEO

26.03.2025 11:55 894
Ağdamdan SON GÖRÜNTÜLƏR: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq - VİDEO
Əzəli torpaqlarımızda quruculuq işləri sürətlə irəliləyir. Ağdamda genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir. Şəhərin və kəndlərin sürətli bərpası ilə yanaşı, burada yaşayacaq sakinlər üçün müasir infrastruktur yaradılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün hər cür şərait təmin edilir.

Median.Az
"ATV Xəbər"ə istinadən məlumat verir ki, yenidən qurulan Ağdam şəhəri ilə yanaşı, kəndlərin də tikintisi davam edir. Böyük Qayıdış proqramı çərçivəsində Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti və quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir.

Bu kəndlərdə tikinti işləri artıq son mərhələyə çatıb. Xıdırlı kəndində 719, Sarıcalıda 200, Kəngərlidə isə 292 fərdi evin tikintisi tamamlanmaq üzrədir. Eyni zamanda, burada emalatxanalar, icma mərkəzləri, çoxfunksiyalı binalar, məktəblər, bağçalar və kənd bazarlarının tikintisi də başa çatmaq üzrədir.

Qeyd edək ki, 2025-ci ilin sonuna qədər Ağdamda 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
скачать dle 11.3
Mojo.az Banner