Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ

16.05.2024 14:06 1 065
Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ
Bu ilin sonunadək Qubadlı rayonunun iki kəndinə ilk köç nəzərdə tutulub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır:

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Qubadlı rayonunun Zilanlı kəndinə 134, Mahruzlu kəndinə isə 93 ailənin köçürülməsi planlaşdırılır”.

İ.Mirzəyev, həmçinin qeyd edib ki, bu il işğaldan azad olunan Ağdam rayonunun üç kəndinə də ilk köçün olması nəzərdə tutulur:

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndləri yenidən salınır. Bu ilin sonuna qədər Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə isə 203 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlər arasında sorğular həyata keçirilir. Doğma yurda qayıdacaq ailələrin sayı və tərkibi dəqiqləşdirilir, sosial vəziyyəti və məşğulluq imkanları qiymətləndirilir, eləcə də məlumatlandırma, təbliğat-təşviqat işləri aparılır və köçürülmənin texniki-təşkilati məsələləri həll olunur”.скачать dle 11.3
Mojo.az Banner