Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

Xankəndi və Xocalıya köçün vaxtı bəlli oldu

17.01.2024 22:47 1 038
Xankəndi və Xocalıya köçün vaxtı bəlli oldu
Hazırda "Böyük Qayıdış" planına uyğun olaraq işğaldan azad edilmiş rayonlara məcburi köçkünlərin köçürülməsi məsələsi davam etdirilir.

Prezident İlham Əliyev telekanallara müsahibəsində keçmiş köçkünlərin qayıdış prosesinin daha da sürətlənəcəyini diqqətə çatdırıb. Ölkə başçısı qeyd edib ki, məcburi köçkünlərin bu il qaytarılacağı ərazilər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri olacaq. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub.

Həmçinin, Xankəndinin erməni separatçılarından azad edilməsindən də təqribən dörd aya yaxın vaxt keçib.

Bəs Xankəndinə azərbaycanlı əhalinin qayıtması nə vaxta planlaşdırılır?
Ətraflı

Median.Az xəbər verir ki, bu suala cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Metbuat.az-a bildirib ki, cari ildə Şuşa, Xocalı, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl şəhərlərinə, Laçın rayonun Sus kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Malıbəyli kəndinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub:

"Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən adıçəkilən ərazilərdə, eləcə də Kərkicahan qəsəbəsi və Xocalı şəhərində qeydiyyatda olan məcburi köçkünlərin sorğusu həyata keçirilir. Doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görülür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparılır, köçürülmənin texniki-təşkilati məsələləri həll olunur".

İ.Mirzəyev qeyd edib ki, 2024-cü ildə əsasən daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi planlaşdırılıb:

"Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, 2024-cü ildə köçürülmə nəzərdə tutulan ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan, evləri bərpa olunmuş məcburi köçkünlər köçürüləcək".

Son xəbərlər