Kredit borcuna görə ölkədən çıxış qadağası: hansı hallarda tətbiq olunur?
Azərbaycanda kredit borclarına görə tətbiq olunan çıxış məhdudiyyətləri son illərdə daha çox müzakirə olunur. Bu tədbir borcluların öhdəliklərini yerinə yetirməsini təmin etmək məqsədi daşısa da, onun tətbiqində gecikmələr və qeyri-müəyyənlik narazılıq yaradır. Xüsusilə borc ödənildikdən sonra qadağanın vaxtında götürülməməsi vətəndaşlar üçün əlavə problemlərə səbəb olur. Mövcud vəziyyət hüquqi mexanizmlərin daha şəffaf və operativ işləməsini zəruri edir. Kredit borcuna görə ölkədən çıxışa məhdudiyyət hansı hallarda qoyulur və borc tam ödənildikdən sonra bu qadağanın vaxtında ləğv edilməsinə hansı qurum məsuliyyət daşıyır?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov Median.Az-a açıqlamasında bildirib ki, mövcud hüquqi mexanizmlər borcluların öhdəliklərini yerinə yetirməsini təmin etməyə yönəlsə də, bu sahədə tətbiq zamanı yaranan gecikmələr və qeyri-müəyyənliklər vətəndaş narazılığına səbəb olur.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, kredit borcuna görə vətəndaşın ölkədən çıxışına məhdudiyyət yalnız borcun mövcudluğu ilə deyil, məhkəmə qərarının icra edilməməsi halında tətbiq olunur:
“Yəni əvvəlcə müvafiq məhkəmə qərarı olmalı, daha sonra icra icraatı başlanmalı və borcluya öhdəliyini könüllü yerinə yetirməsi üçün müəyyən vaxt verilməlidir. Bu müddət ərzində borc ödənilmədikdə, icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən çıxışa məhdudiyyət qoyulur.
Məhdudiyyətin tətbiqi və ləğvi prosesində əsas məsuliyyət Ədliyyə Nazirliyi yanında İcra Xidmətinin üzərinə düşür. Borc tam ödənildikdən sonra icra məmuru bu barədə məlumatı dərhal elektron sistemə daxil etməli və çıxış qadağasının aradan qaldırılmasını təmin etməlidir”.
Ekspert qeyd edib ki, praktikada tez-tez rast gəlinən hallardan biri borc ödənilməsinə baxmayaraq, çıxış məhdudiyyətinin vaxtında ləğv edilməməsidir:
“Bu isə vətəndaşların sərbəst hərəkət hüququnun məhdudlaşdırılması ilə yanaşı, onların işgüzar səfərlərinə və şəxsi planlarına ciddi təsir göstərir, eyni zamanda konstitusion hüquqların pozulması kimi qiymətləndirilə bilər.
Mövcud vəziyyət onu göstərir ki, bu sahədə hüquqi mexanizmlərin daha operativ, şəffaf və rəqəmsal əsaslarla işləməsinə ehtiyac var. Xüsusilə icra qurumları ilə digər dövlət sistemləri arasında məlumat mübadiləsinin sürətləndirilməsi və vətəndaşların real vaxt rejimində məlumatlandırılması vacib məsələlərdəndir.
Hesab edirəm ki, bu istiqamətdə institusional islahatların dərinləşdirilməsi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi həm vətəndaş məmnuniyyətini artıracaq, həm də hüquqi sistemə olan etimadı möhkəmləndirəcək”.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov Median.Az-a açıqlamasında bildirib ki, mövcud hüquqi mexanizmlər borcluların öhdəliklərini yerinə yetirməsini təmin etməyə yönəlsə də, bu sahədə tətbiq zamanı yaranan gecikmələr və qeyri-müəyyənliklər vətəndaş narazılığına səbəb olur.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, kredit borcuna görə vətəndaşın ölkədən çıxışına məhdudiyyət yalnız borcun mövcudluğu ilə deyil, məhkəmə qərarının icra edilməməsi halında tətbiq olunur:
“Yəni əvvəlcə müvafiq məhkəmə qərarı olmalı, daha sonra icra icraatı başlanmalı və borcluya öhdəliyini könüllü yerinə yetirməsi üçün müəyyən vaxt verilməlidir. Bu müddət ərzində borc ödənilmədikdə, icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən çıxışa məhdudiyyət qoyulur.Məhdudiyyətin tətbiqi və ləğvi prosesində əsas məsuliyyət Ədliyyə Nazirliyi yanında İcra Xidmətinin üzərinə düşür. Borc tam ödənildikdən sonra icra məmuru bu barədə məlumatı dərhal elektron sistemə daxil etməli və çıxış qadağasının aradan qaldırılmasını təmin etməlidir”.