Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Kredit borcuna görə ölkədən çıxış qadağası: hansı hallarda tətbiq olunur?

07.05.2026 21:54 795
Kredit borcuna görə ölkədən çıxış qadağası: hansı hallarda tətbiq olunur?
Azərbaycanda kredit borclarına görə tətbiq olunan çıxış məhdudiyyətləri son illərdə daha çox müzakirə olunur. Bu tədbir borcluların öhdəliklərini yerinə yetirməsini təmin etmək məqsədi daşısa da, onun tətbiqində gecikmələr və qeyri-müəyyənlik narazılıq yaradır. Xüsusilə borc ödənildikdən sonra qadağanın vaxtında götürülməməsi vətəndaşlar üçün əlavə problemlərə səbəb olur. Mövcud vəziyyət hüquqi mexanizmlərin daha şəffaf və operativ işləməsini zəruri edir. Kredit borcuna görə ölkədən çıxışa məhdudiyyət hansı hallarda qoyulur və borc tam ödənildikdən sonra bu qadağanın vaxtında ləğv edilməsinə hansı qurum məsuliyyət daşıyır?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov Median.Az-a açıqlamasında bildirib ki, mövcud hüquqi mexanizmlər borcluların öhdəliklərini yerinə yetirməsini təmin etməyə yönəlsə də, bu sahədə tətbiq zamanı yaranan gecikmələr və qeyri-müəyyənliklər vətəndaş narazılığına səbəb olur.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, kredit borcuna görə vətəndaşın ölkədən çıxışına məhdudiyyət yalnız borcun mövcudluğu ilə deyil, məhkəmə qərarının icra edilməməsi halında tətbiq olunur:
“Yəni əvvəlcə müvafiq məhkəmə qərarı olmalı, daha sonra icra icraatı başlanmalı və borcluya öhdəliyini könüllü yerinə yetirməsi üçün müəyyən vaxt verilməlidir. Bu müddət ərzində borc ödənilmədikdə, icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən çıxışa məhdudiyyət qoyulur.
Məhdudiyyətin tətbiqi və ləğvi prosesində əsas məsuliyyət Ədliyyə Nazirliyi yanında İcra Xidmətinin üzərinə düşür. Borc tam ödənildikdən sonra icra məmuru bu barədə məlumatı dərhal elektron sistemə daxil etməli və çıxış qadağasının aradan qaldırılmasını təmin etməlidir”.

Ekspert qeyd edib ki, praktikada tez-tez rast gəlinən hallardan biri borc ödənilməsinə baxmayaraq, çıxış məhdudiyyətinin vaxtında ləğv edilməməsidir:

“Bu isə vətəndaşların sərbəst hərəkət hüququnun məhdudlaşdırılması ilə yanaşı, onların işgüzar səfərlərinə və şəxsi planlarına ciddi təsir göstərir, eyni zamanda konstitusion hüquqların pozulması kimi qiymətləndirilə bilər.

Mövcud vəziyyət onu göstərir ki, bu sahədə hüquqi mexanizmlərin daha operativ, şəffaf və rəqəmsal əsaslarla işləməsinə ehtiyac var. Xüsusilə icra qurumları ilə digər dövlət sistemləri arasında məlumat mübadiləsinin sürətləndirilməsi və vətəndaşların real vaxt rejimində məlumatlandırılması vacib məsələlərdəndir.

Hesab edirəm ki, bu istiqamətdə institusional islahatların dərinləşdirilməsi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi həm vətəndaş məmnuniyyətini artıracaq, həm də hüquqi sistemə olan etimadı möhkəmləndirəcək”.скачать dle 11.3
Mojo.az Banner