Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölən şəxsin kredit borcunu ailə, yoxsa zamin ödəməlidir?

09.01.2026 21:43 672
Ölən şəxsin kredit borcunu ailə, yoxsa zamin ödəməlidir?
Banklardan götürülən kreditlərin qaytarılması məsələsi, xüsusilə əsas borcalanın vəfat etdiyi hallarda tez-tez hüquqi mübahisələrə səbəb olur. Bu halda bank tərəfindən vəfat etmiş şəxsin ailəsinə müraciət edilərək kredit öhdəliyinin ödənilməsi tələb olunur. Ailə isə borcu ödəməkdən imtina edir.

Belə vəziyyətlərdə əsas sual ondan ibarət olur ki, borcun ödənilməsinə kim cavabdehdir – mərhumun ailə üzvləri, yoxsa zamin?

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, hər bir şəxs - istər sağlığında, istərsə də vəfat etdikdən sonra - öhdəliklərini öz əmlakı hesabına ödəməlidir:

"Əgər şəxs vəfat edibsə və onun adına əmlak mövcuddursa, borclar həmin əmlakdan ödənilir. Əmlak vərəsələrə keçərsə, onlar qəbul etdikləri mirasın həcmi qədər mərhumun borclarına görə məsuliyyət daşıyırlar.

Əgər vərəsəlik üzrə heç bir əmlak yoxdursa, bu halda ailə üzvlərindən hər hansı bir borcun ödənilməsi tələb oluna bilməz. Yəni, onlara heç bir əmlak keçməyibsə, borcu da ödəməyə borclu deyillər".

"Zamin məsələsinə gəldikdə isə, zaminlik hüquqi məsuliyyət yaradır. Şəxsin sağ və ya vəfat etmiş olması fərq etmədən, əgər əsas borclu öhdəliyini yerinə yetirə bilmirsə və onun adına əmlak yoxdursa, bu halda borcun ödənilməsi üçün zaminə müraciət olunur. Zamin, borclunun yerinə məsuliyyət daşıyır", - deyə ekspert əlavə edib.скачать dle 11.3
Mojo.az Banner