Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Turizm Agentliyi 14 ölkədən jurnalist və blogerlər gətirir 1 milyon manat ayrılıb

07.05.2026 22:07 597
Turizm Agentliyi 14 ölkədən jurnalist və blogerlər gətirir 1 milyon manat ayrılıb
Dövlət Turizm Agentliyi İspaniya, İtaliya və Fransadan jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil edəcək.

Agentlik bu məqsədlə “Vega Travel Management” MMC-yə (VÖEN – 1504886571) 203 min 521 manat 50 qəpik ödəyəcək.

Qeyd edək ki, “Vega Travel Management” MMC eyni zamanda Agentlikdən Polşa, Çexiya, Macarıstan və Yunanıstandan jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil üçün 190 min 238 manat 28 qəpik, Böyük Britaniya və İrlandiyadan jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil üçün isə 68 min 899 manat 60 qəpik alacaq.

Məlumat üçün bildirək ki, Dövlət Turizm Agentliyi aşağıdakı ölkələrdən Azərbaycana jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin tanışlıq səfərlərini təşkil etmək üçün yaxın tarixlərdə də analoji tender müsabiqələri keçirib:

Rusiya və Belarusdan – “Vata” MMC-yə (VÖEN – 1307402011) 257 min 590 manat 47 qəpik;

Türkiyədən – “Vata” MMC-yə (VÖEN – 1307402011) 270 min 953 manat 67 qəpik;

Bəhreyn, Misir, Küveyt və Omandan – “Vata” MMC-yə (VÖEN – 1307402011) 117 min 850 manat 38 qəpik;

Yaponiya və Pakistandan – “Vata” MMC-yə (VÖEN – 1307402011) 164 min 565 manat 68 qəpik;

Cənubi Koreya və İsraildən – “Vata” MMC-yə (VÖEN – 1307402011) 166 min 103 manat 18 qəpik;

Sinqapur, İndoneziya və Malayziyadan – Vata” MMC-yə (VÖEN – 1307402011) 76 min 346 manat 59 qəpik;

Rusiya və Belarusiyadan – “Vega Travel Management” MMC-yə (VÖEN – 1504886571) 249 min 639;

Çin və Hindistandan – “Vega Travel Management” MMC-yə (VÖEN – 1504886571) 349 min 442 manat 4 qəpik;

Özbəkistan və Qazaxıstandan – “Sti Travel” MMC-yə (VÖEN – 1700387651) 266 min 976 manat 89 qəpik.
//yeniavaz.comскачать dle 11.3
Mojo.az Banner