15:47 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     15:38 Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA  |     15:24 Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!  |     15:18 Qazaxıstan prezidenti: "Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır"  |     15:12 İranda zəlzələ baş verib  |     14:41 Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti uzadıldı  |     14:35 Audiovizual Şura "Space TV"yə xəbərdarlıq etdi  |     14:21 Bakıda körpənin ağciyərindən lobya toxumu çıxarılıb  |     14:20 Ramiz Mehdiyevin cinayət işi üzrə YENİ DETALLAR məlum oldu  |     14:12 Paşinyan: "Ermənistanda məcburi hərbi xidmət müddəti iki ildən 18 aya qədər azaldılacaq"  |     14:11 Azərbaycan nefti ucuzlaşıb  |     14:10 2025-ci ildə Azərbaycana gətirilən humanitar yardımın həcmi azalıb  |     14:02 Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - Video  |     13:52 Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq  |     13:24 Biologiya elmləri doktoru Şahniyar Bayramov vəfat edib  |     13:20 Əməkdar mədəniyyət işçisi Fərhad Paşayev vəfat etdi - Video  |     13:18 Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir? - Video  |     13:13 Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: "Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik" - Video  |     13:12 Tanınmış qrosmeyster Daniel Naroditski 29 yaşında vəfat edib  |     13:05 Cenevrədə Sahibə Qafarova və Alen Simonyan arasında görüş başlayıb  |    

Azərbaycana yalnız bu vaxta turist gözləmək olar

Azərbaycanın nə zamandan etibarən xarici ölkələrdən qonaq qəbul edəcəyi ilə bağlı proqnoz demək çox çətindir.

Median.Az
-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Turizm sənayesi və destinasiyanın inkişafı departamentinin rəhbəri İlkin Cavadov deyib.

Onun sözlərinə görə, bəzi Avropa ölkələri artıq indidən yay mövsümü ərzində tamamilə qapalı olacaqlarını, yalnız ölkədaxili turizm ilə kifayətlənəcəklərini bəyan ediblər:

"Bizim planımızda da ilk prioritet istiqamət ölkədaxili turizm üzrə fəaliyyətin qurulmasıdır. Ancaq bundan sonra mərhələli şəkildə həmsərhəd ölkələrdən - Rusiya, İran, Gürcüstan, Türkiyədən və nisbətən yaxın olan Qazaxıstan, Ukraynadan qonaqları gözləyəcəyik. Amma fikrimcə, bunu yalnız ilin sonuna gözləmək olar”.

Hələ bu ilin fevral ayında Dövlət Turizm Agentliyi tərəfindən ölkədaxili turizm kampaniyasına start verildiyini xatırladan İ.Cavadov bu kampaniyanın davam etdiriləcəyini söyləyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın turizm məhsullarının inkişafı və turizm potensialının təbliğatının düzgün istiqamətdə aparılması üçün işlər görülür ki, potensial qonaqlar gəlməyə başladıqda ölkəmiz turizm baxımından daha əlverişli mövqedə olsun.

O əlavə edib ki, Azərbaycanın turizm potesialının təbliğ edilməsi üçün xarici turizm şirkətləri ilə onlayn görüşlər, müəyyən xarici turoperatorlar üçün onlayn tanışlıq turları keçirilir.

İ.Cavadov deyib ki, bu turlar zamanı bələdçi onlayn şəkildə ölkəmizin gəzməli yerlərini gəzir, xarici turoperator və turagentlər də həmin turları onlayn şəkildə izləyirlər.//qaynarinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 138 04.05.20 23:49