Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yeni polislər İŞƏ BAŞLAYIR - VİDEO

30.11.2019 14:33 2 468
Bakıda yeni polislər İŞƏ BAŞLAYIR - VİDEO
Turizmin inkişafı üçün bu sahəyə subsidiyaların verilməsində fayda var. Çünki az bir miqdarda verilən subsidiya ölkə iqtisadiyyatına daha çox məbləğdə geri dönə bilər. Bunu Azərbaycan Turizm Sammiti çərcivəsində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə bu təcrübə dünya ölkələrində də var. Artıq bununla bağlı təkliflər də hazırlanıb hökumətə təqdim edilib.

Kənan Quluzadə Turizm polisi ilə bağlı da məsələyə toxunub. Onun sözlərinə görə turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək. Turizm polisinin yaradılması Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur.

Bu turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsinin asanlaşmasına və onlara xidmətin vahid bir mərkəzdən həyata keçirilməsinə şərait yaradacaq.

Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur. Kənd evləri turizminin burada xüsusi yer tutur. Bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib. Onun sözlərinə görə, bu sahədə çalışan insanların sayı mütləq şəkildə artırılmalı və onlar təlimə cəlb edilməlidir.

Florian Zenqstşmit həmçinin bildirib ki, məqsəd 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir. Onun sözlərinə görə, hazırkı vəziyyət onu göstərir ki, artıq hədəfin 11 faizinə yaxınlaşılıb.

скачать dle 11.3

Son xəbərlər