Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident turistlərin iki dəfə artırılmasını tapşırdı - Qurumlar hərəkətə keçdi

06.04.2019 13:24 4 029
Prezident turistlərin iki dəfə artırılmasını tapşırdı - Qurumlar hərəkətə keçdi
Turizmlə bağlı hökumətə yeni təkliflər təqdim olunacaq.

Bunu oxu.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, turizmlə bağlı təkliflər digər dövlət qurumları ilə müzakirə edilib: “İnfrastruktur və Azərbaycana turistlərin gəlməsi üçün daha əlverişli şəraitin yaradılması ilə bağlı təkliflərimiz var.

Eyni zamanda, nəqliyyat vasitələri, viza sistemi və sair ilə bağlı təkliflər də var. Bütün bunların hamısı formalaşdırılıb və digər dövlət strukturları ilə müzakirə edilib”.

“Prezident ilham Əliyevin tapşırığı ondan ibarətdir ki, turistlərin sayı yaxın illərdə iki dəfə artsın. Bunu təmin etmək üçün əlbəttə ki, ölkə daxilində və xaricində marketinq tədbirləri keçirməli, araşdırmalar aparılmalı və təbliğat işləri aparılmalıdır.

Hazırda Dövlət Turizm Agentliyi bu yöndə işlər aparır”, - deyə agentlik rəmisi qeyd edib.скачать dle 11.3
Mojo.az Banner