Mojo.az Banner
SON DƏQİQƏ
13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq istəyir

31.07.2021 18:55 924
Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq istəyir
Dövlət Turizm Agentliyi nümayəndəliklərinin coğrasiyasını daha da genişləndirmək istəyir.

Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq niyyətindədir: "Bizim digər prioritet bazarlarımız da var. Misal üçün, pandemiyadan öncə planlaşdırırdıq ki, Ukrayna, Cənubi Koreya və Yaponiyada belə nümayəndəliklərin açılması məsələsinə baxılsın. Əlbəttə pandemiyaya görə bu məsələlər bir az sonraya qalıb. Amma İsraildə açdığımız yeni nümayəndəlik həm də ona işarədir ki, artıq turizm bərpa olunur və yenidən bazarlarda birbaşa fəal iş başlayır”.

Hazırda Azərbaycanın İsraillə yanaşı Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və Almaniyada turizm nümayəndəlikləri var.скачать dle 11.3

Son xəbərlər