Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Dörd ölkədə Azərbaycanın turizm nümayəndəliyi açılacaq

04.04.2019 11:45 1 920
Dörd ölkədə Azərbaycanın turizm nümayəndəliyi açılacaq
Yaxın zamanda Böyük Britaniya, Fransa, İran, Cənubi Koreyada Azərbaycanın daimi turizm nümayəndəliyinin açılması planlaşdırılır.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində XVIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən bir il ərzində ölkənin turizm potensialının beynəlxalq auditoriyaya tanıdılması istiqamətində bir sıra addımlar atılıb:

“2018-ci ilin sonundan etibarən Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Hindistanda, Çində, Almaniyada altı daimi turizm nümayəndəliyi fəaliyyətdədir. 2018-ci ildən başlayaraq müxtəlif beynəlxalq sərgilərdə və tədbirlərdə təmsil olunuruq.

Əlbəttə, bu proses daimi olaraq davam edəcək. Məqsəd ölkənin turizm potensialı haqqında daha geniş auditoriyaya məlumat çatdırmaq, yeni hədəf bazarlardan daha çox turist cəlb etməkdir”.

“Hesab edirik ki, ölkənin yeni turizm brendi ilə yanaşı, aparılan marketinq tədbirləri öz bəhrəsini verəcək. Bunun üçün ilk növbədə əvvəlki illərdə görülən işlər yenidən nəzərdən keçirilərək sistemləşdirilir. Həmçinin, biznes qurumları və ictimai qurumlar arasında effektiv qarşılıqlı əlaqə yaradılması vacibdir”, - deyə sədr qeyd edib.

Son xəbərlər