Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bu il Azərbaycana gələn turistlərin sayı açıqlandı

04.04.2019 12:42 6 006
Bu il Azərbaycana gələn turistlərin sayı açıqlandı
2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə, 153 min nəfər və ya 6 faiz artaraq, 2,8 milyona çatıb.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin ilk iki ayı ərzində isə 364 min nəfər xarici ziyarətçi ölkəmizə gəlib:

“Turistlərin sayının ildən-ilə artırılması ilə yanaşı, turist məmnunluğunun artırılması da əsas məqsədlərimiz sırasındadır. Bu məsələdə turizm sənayesinin üzərinə də böyük vəzifələr düşür.

Biz də öz növbəmizdə yeni infrastrukturların yaradılması, mövcud olanların inkişaf etdirilməsi, yeni turizm məhsullarının hazırlanması, təhsilli kadrların yetişdirilməsi, həmçinin, həlli zəruri olan məsələlərin həllində dəstək göstərməyə hazırıq”.

Fuad Nağıyev qeyd edib ki, bütün problemlər ən optimal yolla turizm sənayesinin bütün iştirakçılarını prosesə cəlb etməklə həll edilməlidir:

“Dövlət Turizm Agentliyi olaraq ölkə turizminə müsbət təsir edəcək bütün inkişafyönümlü tədbirləri dəstəkləyirik. “AİTF” sərgisi də bu baxımdan istisna deyil”.
//oxu.az

Son xəbərlər