Mojo.az Banner
15:17 Azərbaycan bazarında ən çox güvənilən avtomobil markaları hansılardır? – AÇIQLAMA Azərbaycan bazarında ən çox güvənilən avtomobil markaları hansılardır? – AÇIQLAMA  |     15:09 İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb  |     13:08 Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     13:07 Azərbaycan nefti ucuzlaşdı  |     12:53 Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? - Hakimdən İZAH  |     12:34 Azərbaycanın tanınmış eksperti həbsdə vəfat etdi  |     12:04 Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA  |     12:02 Bir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİK  |     12:00 Qazaxıstanda bəzi əcnəbilərə "Qızıl viza" veriləcək  |     11:55 Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI  |     11:51 Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA (Video)  |     11:44 Astana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir - Yekun hesabat təqdim olunacaq  |     11:40 Gömrükdə qida məhsulları ilə bağlı YENİLİK  |     11:36 Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib  |     11:28 DİQQƏT: Bakıda bəzi yollar bağlanacaq - SİYAHI  |     23:01 Sumqayıtda beş min abonent SUSUZ QALACAQ  |     22:50 10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR - FOTO  |     22:45 Çörək bahalaşacaq? - Agentlikdən RƏSMİ açıqlama  |     22:43 Lətif Kərimovun 120 illiyi qeyd olunacaq - SƏRƏNCAM  |     22:40 Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır  |    
Left Banner
Right Banner

Əlilliyi olanlara "yararlı" rəyi verilir? – RƏSMİ AÇIQLAMA

28.04.2026 13:46 1 647
Əlilliyi olanlara
Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə hərbi xidmətə yararlılığın müəyyən edilməsi ilə bağlı iddialar geniş rezonans doğurub. İddialara görə, bəzi hallarda fiziki məhdudiyyətləri olan şəxslərin sağlamlıq vəziyyəti obyektiv qiymətləndirilmədən "yararlı" kimi qeydə alınması suallar yaradır. Xüsusilə əlillik və funksional çatışmazlıqların – məsələn, ətrafların itirilməsi və ya deformasiya halları – düzgün qiymətləndirilib-qiymətləndirilmədiyi gündəmə gəlib. Məsələ cəmiyyətin həssas mövzularından biri olduğundan, bu istiqamətdə rəsmi qurumların mövqeyi və mövcud prosedurların şəffaflığı diqqət mərkəzindədir.

Reabilitasiya Agentliyinin verdiyi qərarlarla hərbi tibbi komissiyaların qərarları arasında uyğunsuzluq yaranarsa, bu necə tənzimlənir?

Vətəndaşlar qərardan narazı qaldıqda hansı instansiyaya və hansı qaydada şikayət edə bilərlər?

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Median.Az-ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanına əsasən 2024-cü ilin iyul ayından etibarən həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətlənləndirilməsi üzrə yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılır.

Pərviz Sədrəddinov əlavə edib ki, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır.

"Çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən Agentliyin “Vətəndaşların qəbulu” altsisteminə göndəriş (Forma 44) daxil edilir.

Sonra göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir. Daha sonra növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir", — P. Sədrəddinov qeyd edib.


O, bildirib ki, daha sonra müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.
Çağırışçı yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarla razılaşmadığı halda, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na ərizə ilə müraciət edə bilər".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner