Mojo.az Banner
11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan bazarında ən çox güvənilən avtomobil markaları hansılardır? – AÇIQLAMA

01.05.2026 15:17 600
Azərbaycan bazarında ən çox güvənilən avtomobil markaları hansılardır? – AÇIQLAMA
Azərbaycanda avtomobil seçimi zamanı sürücülər təkcə qiymətə yox, həm də yanacaq sərfiyyatı, servis xərcləri və ehtiyat hissələrinin tapılmasına diqqət yetirirlər. Həm şəhər daxilində, həm də rayon yollarında rahat istifadə olunan, qənaətli və dözümlü modellər daha çox üstünlük qazanır. Buna görə də bəzi markalar ümumi xərclərə görə digərlərindən daha əlverişli hesab olunur. Bəs Azərbaycanda sürücülər üçün ən sərfəli avtomobillər hansılardır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev qeyd edib ki, Azərbaycanda sürücülər üçün bir neçə öndə gedən avtomobil markası mövcuddur və bu markalara daha yüksək etimad göstərilir.
Onun sözlərinə görə, bunların sırasında Almaniyanın “Mercedes” markası, Koreyanın “Hyundai” və “Kia” markaları, eləcə də Yaponiyanın “Toyota” markası yer alır:

“İnsanlar bu avtomobilləri seçərkən onların servis xidmətlərinə çıxışın, ustaların mövcudluğunun və ehtiyat hissələrinin ölkə daxilində asan tapılmasının mümkünlüyünü nəzərə alırlar.

Son illərdə qlobal avtomobil sənayesində baş verən dəyişikliklər Azərbaycana da təsir edib və ölkə bazarına xüsusilə Çin istehsalı olan yeni markalar daxil olub. Bu avtomobillərin ehtiyat hissələri həm rəsmi servis mərkəzləri, həm də qeyri-rəsmi olaraq gətirilir, eyni zamanda bu sahədə yeni ustalar da yetişir və xidmət imkanları genişlənir”.

E.Əliyev bildirib ki, artıq avtomobil alıcıları istehsal ölkəsindən daha çox servisə çıxış imkanına və ehtiyat hissələrinin əlçatanlığına diqqət yetirirlər:
“Bazarda Çin, ABŞ, Koreya və Almaniya mənşəli müxtəlif markalar mövcuddur və alıcılar daha çox bu amilə üstünlük verirlər.

Bəzi markalar da var ki, aşağı populyarlıq səbəbindən onların ehtiyat hissələri və servis şəbəkəsi ölkə üzrə geniş yayılmayıb. Məsələn, “Subaru”, “Suzuki” kimi Yapon markaları və İsveçin “Volvo” markası qlobal səviyyədə tanınsa da, Azərbaycan bazarında onlara maraq nisbətən daha azdır. Bu da həmin markalar üzrə ehtiyat hissələrinin və servis xidmətlərinin ölkə daxilində məhdud olmasına səbəb olur”.скачать dle 11.3
Mojo.az Banner