Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? - Hakimdən İZAH

01.05.2026 12:53 429
Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? - Hakimdən İZAH
Borc müqavilələrindən irəli gələn məhkəmə mübahisələrində sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsi tez-tez müzakirə olunan hüquqi məsələlərdən biridir.

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadova buna aydınlıq gətirib.

Hakimin sözlərinə görə, prosessual qanunvericiliyə əsasən, hər bir tərəf öz tələbinin və ya etirazının əsasını sübut etməlidir:

"Bu, o deməkdir ki, iddiaçı cavabdehə müəyyən məbləğdə pul verdiyini sübut etməli, cavabdeh isə həmin borcun tam və ya qismən qaytarıldığını təsdiq etməlidir".

Qeyd olunub ki, belə mübahisələrdə sübutetmə prosesini asanlaşdırmaq üçün tərəflərin borc münasibətlərinə daxil olarkən mütləq qaydada yazılı sənədləşmə aparmaları tövsiyə edilir. Əks halda şifahi razılaşmalar əsasında baş verən halların məhkəmədə sübut olunması xeyli çətinləşir.

Hakim həmçinin müqavilələrin hüquqi mahiyyətinə də toxunub. Bildirilib ki, konsensual müqavilələr tərəflərin razılığı ilə bağlanmış sayılır və əlavə olaraq faktiki icra tələb olunmur:

"Buna nümunə olaraq alğı-satqı müqavilələri göstərilir. Borc müqaviləsi isə real müqavilədir. Yəni belə müqavilənin bağlanmış hesab olunması üçün yalnız razılıq kifayət etmir, borcun predmetinin - pul vəsaitinin və ya digər əvəz edilə bilən əşyanın faktiki verilməsi zəruridir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc predmetinə sərəncam hüququ əldə etdiyi gün borcun verildiyi gün hesab olunur. Bu norma borc müqaviləsinin real xarakter daşıdığını bir daha təsdiq edir".скачать dle 11.3
Mojo.az Banner