Mojo.az Banner
11:36 Şahbuzda avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu  |     11:35 Mirzoyan Ermənistandan Azərbaycan sərhədinə gedən dəmir yolu ilə bağlı danışdı  |     11:29 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     11:28 Estoniyada həyəcan siqnalı: NATO qırıcıları PUA-lara görə işə düşdü  |     11:13 Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər  |     23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |    
Left Banner
Right Banner

Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)

06.07.2026 22:20 411
Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)
Çiçəklənən Ermənistan Partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyan saxlanılaraq Ermənistanın İstintaq Komitəsinə aparılıb.

Median.Az
-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan məlumat yayıb. O bildirib ki, siyasətçi evində aparılan axtarışlardan sonra saxlanılıb.

Vəkil Yerem Sarkisyan müvəkkilinin saxlanıldığını təsdiqləyib. Onun sözlərinə görə, istintaq orqanı Tsarukyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verməyi planlaşdırır.

Məlumata əsasən, Tsaxkadzorda Tsarukyana məxsus hotellər möhürlənib. Eyni zamanda, "Multi Group" konserninin tərkibində fəaliyyət göstərən onlarla şirkətin işi dayandırılıb və bu gündən etibarən təxminən 7 000 əməkdaş məcburi məzuniyyətə göndərilib.

* * * * *

Çiçəklənən Ermənistan Partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyanın mənzilində axtarışlar həyata keçirilir.

Median.Az
-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə sözügedən siyasi təşkilatın mətbuat katibi İveta Tonoyan məlumat verib.

Tsarukyanın vəkillərinin mənzilə daxil olmasına icazə verilmir. İlkin məlumata görə, partiya liderinə məxsus obyektlərdə də yoxlamalar aparılır.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, cinayət işi çərçivəsində zəruri istintaq və prosessual fəaliyyətlər icra edilir. Qurum tərəfindən daha sonra məsələ ilə bağlı rəsmi məlumat veriləcəyi qeyd olunub.
скачать dle 11.3
Mojo.az Banner