Mojo.az Banner
16:29 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ  |     16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |     13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |    
Mojo.az Avto
Mojo.az Avto

İrəvan xaos içində: Müxalifət liderlərinin həbsləri fonunda Paşinyanın istefası tələb edilir - VİDEO

12.11.2020 15:13 1 260
İrəvan xaos içində: Müxalifət liderlərinin həbsləri fonunda Paşinyanın istefası tələb edilir - VİDEO
İrəvanda Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları davam edir. Erməni müxalifəti Paşinyana ultimatum verib.

Baku TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Biz Paşinyanın 00:00-a qədər istefa verməsini tələb edirik. Əgər verməsə, müvafiq qərarı ölkənin parlamenti qəbul etməlidir. Biz gecəyarısına qədər gözləyəcəyik, əgər istefa olmasa, mətbuat konfransı keçirəcək və gələcək addımlarımızı bəyan edəcəyik. İstənilən halda Paşinyan getməlidir”, - deyə “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

Ermənistan müxalifəti qanunverici orqanın təcili iclasının çağırılması ilə bağlı qərarı qəbul etməli olan parlament şurasının toplantısının ləğvini parlament böhranı kimi qiymətləndirib.

“Çiçəklənən Ermənistan” partiyasının müşaviri, parlament şurasının üzvü Arman Aboyan deyib ki, şuranın iclasının keçirilməsi ilə bağlı yetərsay olmayıb. Bu, o deməkdir ki, ölkədə parlament böhranı var.

“Biz konstitusiya imkanlarından istifadə edib, mübarizəmizi davam etdirəcəyik”, - deyə o əlavə edib.

Arman Aboyan qeyd edib ki, bu gün iclasın çağırılması ilə bağlı növbəti cəhd olacaq.

Paşinyan isə bütün bunlardan qorxuya düşərək, müxalifət liderlərinin və üzvlərin həbsi ilə bağlı göstərişlər verib.

Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Vətən” partiyasının sədri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan, parlamentin sabiq vitse-spikerləri Eduard Şarmazanov və Ara Saakyanı həbs edib. Saxlanılan şəxslər Ermənistanda müxalifət liderləri kimi tanınır.

Həbslərdən dərhal sonra müxalifət nümayəndələri Milli Təhlükəsizlik Xidmətinin binası qarşısına toplaşaraq, etiraz aksiyası keçirib.

Aksiya zamanı isə polis və etirazçılar arasında qarşıdurma da yaşanıb. Polis iştirakçılara qarşı gözyaşardıcı qazlardan istifadə edib.скачать dle 11.3
Mojo.az Banner