Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu

11.11.2020 19:28 1 557
Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu
Yerevanda etiraz aksiyası keçirən erməni müxalifəti baş nazir Nikol Paşinyana ultimatum verib.

Bu barədə Rusiyanın “Vzqlyad” nəşri məlumat yayıb.

“Biz Paşinyanın 24:00-a qədər istefa verməsini tələb edirik. Əgər verməsə, müvafiq qərarı ölkənin parlamenti qəbul etməlidir. Biz 24:00-a qədər gözləyəcəyik, əgər istefa olmasa, gecəyarısından sonra mətbuat konfransı çağıracağıq və gələcək addımlarımızı təqdim edəcəyik. İstənilən halda Paşinyan getməlidir”, - deyə “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

Son xəbərlər