Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Yerevanda polis müxalifətin mitinqinin təşkilatçılarını saxladı

11.11.2020 23:51 948
Yerevanda polis müxalifətin mitinqinin təşkilatçılarını saxladı
Ermənistanın paytaxtı Yerevanda polis əməkdaşları Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin mitinqinin bir neçə təşkilatçısını saxlayıb.

Bu barədə “Report” Ermənisran mətbuatına istinadən xəbər verir.

Saxlanılanlar arasında "Erkir media" telekanalının rəhbəri Qeqam Manukyan, "Daşnaksutyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan, ən böyük müxalifət partiyalarından biri olan "Çiçəklənən Ermənistan"ın sədri Qaqik Sarukyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da var.

Daha əvvəl etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyana ultimatum irəli sürüblər. Müxalifət siyasətçinin istefayasını tələb edir.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri Ermənistanın baş naziri Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında birgə bəyanat qəbul ediblər. Sənədin imzalanmasından sonra Yerevanda etirazlar başlayıb.скачать dle 11.3
Mojo.az Banner