Mojo.az Banner
22:49 Çay təzyiqi aşağı salmağa kömək edirmi? - Mütəxəssislərin cavabı  |     22:44 YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişdi  |     22:39 "Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli oldu  |     22:33 "Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi  |     22:25 Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi  |     22:20 Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)  |     22:12 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     22:07 Türkiyədə rekord məbləğdə cərimələnən sürücüdən gözlənilməz addım  |     21:59 Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO  |     21:53 Mərdəkanda faciə: Bir ailənin dörd üzvü dənizdə batdı, ikisi xilas edildi  |     21:45 Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı  |     21:40 FHN "Shopstore" MMC barəsində protokol yazdı, məhkəmə cərimə kəsdi  |     21:34 Səbuhi Rəcəb 8 il 2 ay müddətinə azadlıqdan məhrum edildi  |     21:29 Sahədən evimizə qədər dəyişən qiymət - Bu il meyvə niyə ucuzlaşmadı?  |     21:20 Ən çox məhsul istehsal edən rayonlarımız (TAM SİYAHI)  |     21:16 Sabah çimərliklərdə hava necə olacaq?  |     21:11 "Hakimə çatacaq" deyib 154 min manatdan çox pul aldı  |     21:04 Qurban bayramında qonaqlıq üstündə həyat yoldaşını döydü - 1200 manat cərimələndi  |     20:55 Gənclər artıq avtomobil sahibi olmaq istəmir - Səbəblər açıqlandı  |     20:50 İspaniya nəhəngi Qerranın klubu ilə danışıqlara başladı  |    
Left Banner
Right Banner

Türkiyədə rekord məbləğdə cərimələnən sürücüdən gözlənilməz addım

06.07.2026 22:07 114
Türkiyədə rekord məbləğdə cərimələnən sürücüdən gözlənilməz addım
Türkiyənin Biləcik vilayətində jandarmanın "Dayan" əmrinə tabe olmayaraq qaçan və saxlanıldıqdan sonra 420 min 743 lirə məbləğində rekord yol cəriməsi tətbiq edilən 26 yaşlı sürücü sərbəst buraxıldıqdan bir neçə saat sonra evində həyatına son qoyub.

Bu barədə İHA məlumat yayıb.

Hadisə ötən gün Biləcik şəhərinin Pelitözü məhəlləsində baş verib. "Tofaş Tempra" markalı avtomobili idarə edən H.Ö. jandarmanın "Dayan" əmrinə tabe olmayaraq əks istiqamətə çıxıb və yüksək sürətlə qaçmağa başlayıb. Uzun sürən təqibdən sonra o, Gölpazarı rayonunun Kiçükyenice kəndi yaxınlığındakı tarlada saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, H.Ö. sürücülük vəsiqəsi ləğv edildiyi halda sükan arxasına keçib. Bundan əlavə, "Dayan" əmrinə tabe olmamaq, əks istiqamətdə hərəkət etmək, avtomobili natamam qeydiyyat nişanı ilə idarə etmək, təhlükəsizlik kəmərindən istifadə etməmək, yol nişanlarının tələblərini pozmaq və avtomobilin üzərinə icazəsiz reklam yapışdırmaq kimi bir sıra qayda pozuntularına görə ona ümumilikdə 420 min 743 lirə məbləğində cərimə yazılıb.

İfadəsi alındıqdan sonra sərbəst buraxılan sürücünün avtomobili cərimə meydançasına aparılıb. Jandarmadakı prosedurlar başa çatdıqdan sonra dostları H.Ö-nü Beşiktaş məhəlləsindəki evinə aparıblar. Evə daxil olan gənc birbaşa otağına keçib. Qısa müddət sonra otaqdan atəş səsi eşidilib. Otağa daxil olan anası oğlunu qan içində yerdə tapıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası H.Ö-nün qeydiyyatsız ov tüfəngi ilə özünə atəş açaraq həyatına son qoyduğunu müəyyən edib. Faktla bağlı araşdırma davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner