Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Səbuhi Rəcəb 8 il 2 ay müddətinə azadlıqdan məhrum edildi

06.07.2026 21:34 357
Səbuhi Rəcəb 8 il 2 ay müddətinə azadlıqdan məhrum edildi
Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) 8 il 2 ay müddətə azadlıqdan məhrum etmə, onun tanışı tanınmış idmançı Elman Mirzəyevə isə 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Elman Mirzəyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı Səbuhi Rəcəbin 10 il 6 ay, Elman Mirzəyevin isə 8 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İstintaq materiallarında onların etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməkdə şübhəli biliniblər.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rəcəb külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sonradan Səbuhi Rəcəb və Elman Mirzəyevin barəsində istintaq prosesində birgə epizodlarının və eyni zərərçəkmişlərin üzə çıxması ilə bağlı cinayət işi birləşdirilib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Açılan cinayət işi əsasında eyni icraatda Bakı Ağır Cinayətlər Məhkəməsində yeni məhkəmə prosesi keçirilib.

Onu da qeyd edək ki E.Mirzəyev Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustasıdır.

S.Rəcəb isə əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsini tutub.

O, 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
//report

Son xəbərlər