Mojo.az Banner
18:33 Prezidentin köməkçisi son 6 ildə mina partlayışından ölənlərin sayını açıqladı  |     18:17 Bu avtobusların hərəkət sxemi dəyişdirilir  |     18:09 Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib - FOTO  |     17:58 Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir  |     17:41 Buraxılış imtahanının nəticələri elan olundu  |     17:38 6 nəfər imtahandan xaric olunub - RƏSMİ  |     16:46 KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - Video  |     16:42 İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT  |     16:31 Türkiyədə cinayətkar qrupa qarşı böyük əməliyyat: "Cəhənnəm Necati"nin əlaltıları tutuldu  |     15:52 "Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblər  |     15:32 Bu gündən balıq ovu QADAĞANDIR  |     15:30 Təranə Əhmədova Səhiyyə Nazirliyindəki vəzifəsindən getdi  |     15:28 Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA  |     15:17 Azərbaycan bazarında ən çox güvənilən avtomobil markaları hansılardır? – AÇIQLAMA  |     15:09 İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb  |     13:08 Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     13:07 Azərbaycan nefti ucuzlaşdı  |     12:53 Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? - Hakimdən İZAH  |     12:34 Azərbaycanın tanınmış eksperti həbsdə vəfat etdi  |     12:04 Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA  |    
Left Banner
Right Banner

Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI

01.05.2026 11:55 144
Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI
Gəncə şəhərində 42 yaşlı kişi eşitmə və nitq qabiliyyəti məhdud olan qıza qarşı əxlaqsız hərəkətlər edib.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən il aprelin 22-də şəhərin Depo qəsəbəsində baş verib.

1984-cü il təvəllüdlü Fərid həmin gün saat 14 radələrində qəsəbədəki dostu və qonşusu Vəlinin evinə gəlib. O, evdə tək olan, eşitmə və nitq qabiliyyəti məhdud Səidənin (adlar şərtidir) köməksiz vəziyyətindən istifadə edərək ona qarşı zorakılıq tətbiq edib. Fərid qıza müxtəlif xəsarətlər yetirib, köynəyini boğaz nahiyəsinə qədər qaldıraraq intim hərəkətlər edib.

Fəridin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, günorta saat 12-13 radələrində işdən qayıdanda Səidənin yaşadığı evə atası ilə görüşmək üçün gedib: "Lakin qızın atası evdə deyildi. Səidə ac olduğunu söylədi, ona şorba alıb verdim. Sonra da oradan getdim".

Fərid bildirib ki, Səidəgillə qonşudurlar və onları dörd ildir tanıyır: "Səidənin nitq və eşitmə məhdudiyyətlərinin olduğunu bilirdim. Ona pul təklif etməmişəm, cinsi əlaqəyə girməmişəm".

Zərərçəkmiş Səidənin sözlərinə görə isə Fərid evlərinə axşam saatlarında gəlib: "Mənə beş manat təklif etdi, sinəmdən öpmək istədiyini bildirdi. Razılıq vermədim, pulu da götürmədim. Fərid məni tutaraq yerə yıxdı. Mən qışqırmağa başladım. Fərid paltarımı çıxardı, sinə nahiyəmdən öpməyə başladı".

Səidə bildirib ki, Fərid onu əvvəlcə yatağa, sonra isə yenidən divana yıxıb: "Ayağımı istilik sisteminə vuraraq səs-küy salmağa, aynanı qırmağa çalışdım. O, məni yenidən vurmağa başladı. Əlimi onun gözünə ataraq müqavimət göstərmək istədim. Fürsət yaranan an onu itələdim və küçəyə çıxdım".

Zərərçəkmiş Fəridin onların evinə nə üçün gəldiyini bilmədiyini deyib: "Təqsirləndirilən şəxsdən şikayətçiyəm və onun barəsində ən ağır cəzanın təyin olunmasını istəyirəm".

İş üzrə şahid qismində ifadə verən qəsəbə sakini Məmmədin sözlərinə görə, hadisə günü saat 16-17 radələrində ustadan mobil telefonunu götürmək üçün avtomobillə yola çıxarkən Səidə özünü onların maşınının qarşısına atıb: "Fərid də onun arxasınca gəldi. Səidə mənə əli ilə baş verənləri başa salmağa çalışdı. Fərid isə qıza yaxınlaşmağıma mane olmaq istəyirdi. Qız huşunu itirdi, üzünə su vurduqdan sonra özünə gəldi. Biz polisə zəng etmək istədik, amma Fərid "kimə deyirsinizsə, deyin, mənim heç kimdən qorxum yoxdur" deyərək oradan getdi. Sonra polis əməkdaşları gələrək çəkiliş apardılar. Çəkiliş zamanı zərərçəkmiş şəxsin sinə nahiyəsində xəsarətlər olduğunu gördüm".

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Qeyd edək ki, Fərid bundan əvvəl də məhkum olunub. O, 2021-ci ildə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq törətdiyi üçün 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ondan əvvəl - 2020-ci ildə də eyni əmələ görə məhkumluq həyatı yaşayıb.скачать dle 11.3
Mojo.az Banner