Mojo.az Banner
17:41 Buraxılış imtahanının nəticələri elan olundu  |     17:38 6 nəfər imtahandan xaric olunub - RƏSMİ  |     16:46 KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - Video  |     16:42 İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT  |     16:31 Türkiyədə cinayətkar qrupa qarşı böyük əməliyyat: "Cəhənnəm Necati"nin əlaltıları tutuldu  |     15:52 "Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblər  |     15:32 Bu gündən balıq ovu QADAĞANDIR  |     15:30 Təranə Əhmədova Səhiyyə Nazirliyindəki vəzifəsindən getdi  |     15:28 Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA  |     15:17 Azərbaycan bazarında ən çox güvənilən avtomobil markaları hansılardır? – AÇIQLAMA  |     15:09 İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb  |     13:08 Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     13:07 Azərbaycan nefti ucuzlaşdı  |     12:53 Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? - Hakimdən İZAH  |     12:34 Azərbaycanın tanınmış eksperti həbsdə vəfat etdi  |     12:04 Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA  |     12:02 Bir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİK  |     12:00 Qazaxıstanda bəzi əcnəbilərə "Qızıl viza" veriləcək  |     11:55 Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI  |     11:51 Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA (Video)  |    
Left Banner
Right Banner

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

27.04.2026 11:52 1 191
İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Bu barədə DİM məlumat yayıb.

"İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar. Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir", - məlumatda qeyd edilib.

Bildirilib ki, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.скачать dle 11.3
Mojo.az Banner