Mojo.az Banner
17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |     15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |     13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellektlə saxta video və foto düzəltmək cinayət hesab olunacaq

21.04.2026 20:11 429
Süni intellektlə saxta video və foto düzəltmək cinayət hesab olunacaq
Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma cinayət hesab ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət-Prosesual Məcəllədə dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi etdirildiyi halda internet nümayiş informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi

Qanun layihəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və prokurorun təşəbbüsü ilə yuxarıda göstərilən cinayətlərə görə də həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:
törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;

cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;

cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;

cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;

cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner