Mojo.az Banner
20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |     20:51 Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu  |     20:46 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir  |     20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |     20:35 Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...  |     20:27 Məşhur türk şoumeni infarkt keçirdi (FOTO)  |     20:22 Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq  |     20:14 İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video  |     20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     19:39 Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı  |     19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |     19:04 Sabah hava yağmursuz keçəcək  |     18:59 Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO  |    
Left Banner
Right Banner

Qubadlının bu kəndlərində tikinti yekunlaşmır - Köç gecikir

17.04.2026 20:59 495
Qubadlının bu kəndlərində tikinti yekunlaşmır - Köç gecikir
Məlum olduğu kimi, işğaldan azad edilən Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində yenidənqurma işləri davam etdirilir.

Qubadlının 5 ildən çox müddətdir işğaldan azad edilməsinə baxmayaraq, hələ də rayona və onun heç bir kəndinə köç baş tutmayıb.

Yalnız 2024-cü ilin may ayında Qubadlının Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına start verilib. Təxminən 2 ilə yaxın müddətdir tikinti işləri davam etsə də, hələ də yekunlaşmır.

Dövlət Proqramına əsasən, bu ilin may ayında Mahruzlu və Zilanlı kəndlərinə köç baş tutmalı idi. Lakin, tikintinin gecikməsi səbəbindən may ayında da köç olmayacaq.

Keçmiş məcburi köçkünlərin verdiyi məlumata görə, cavabdeh qurumların rəhbərləri də Qubadlıdan olan keçmiş məcburi köçkünlərin nə zaman doğma yurdlarına qayıdacaqları barədə məlumatsızdır.

Qeyd edək ki, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərini həyata keçirən şirkət "Amal Group"dur.

Onu da nəzərə çatdıraq ki, "Amal Group"un sahibi Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadiqovun kürəkənidir.
//unikal.azскачать dle 11.3
Mojo.az Banner