Bakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDI
Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı lisenziyasız tibbi fəaliyyət göstərilməsi və qeydiyyatsız dərman vasitələrindən istifadə faktları aşkar edilib. Bununla bağlı hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə icraata göndərilib.
Bundan əlavə, "NNS Klinika" MMC-yə məxsus tibb müəssisəsinin fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılması üçün təqdimat verilib.