Mojo.az Banner
17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |     15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |     13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yararsız tikinti məktəbin inşasına mane olur - Video

08.04.2026 17:46 321
Yararsız tikinti məktəbin inşasına mane olur - Video
Bakıda yaşayışa yararsız tikili məktəb binasının inşasına çətinlik yaradır.

Tikinti şirkətinin rəsmisi Orxan Mamedov Real Tv-yə açıqlamasında bildirib ki, mövcud ərazi tam şəkildə şirkətə məxsusdur:

"Bununla bağlı bütün sənəd və çıxarışlar mövcuddur. Müəyyən bir zaman ərzində gecəqondu tipli tikililər tikiblər və ərazidə məskunlaşıblar. Heç bir sənədlərinin olmamasına baxmayaraq, yaşayış məntəqəsi kimi zəbt ediblər. Ancaq içəriyə daxil olsanız, görəcəksiniz ki, orada yaşayış üçün heç bir şərait də yoxdur”.

O. Mamedov deyir ki, şirkətin ərazisi olmasına baxmayaraq, sakinə hətta kompensasiya da təklif olunub: "Təəəssüflər olsun ki, vətəndaş dəyərindən 100 dəfə artıq şişirdilmiş məbləğ istəyib. Bu isə şirkətin imkanları daxilində deyil.

Onu da qeyd edim ki, məktəbin tikintisinə başlanılarkən vətəndaş təcili olaraq tikilidə tikinti işlərinə başlayıb. Bununla da görüntü yaradıb ki, əlavə tikili var və buna görə də ayrıca ödəniş alsınlar. Fikir verin, tikilidə işıq, qaz, su yoxdur. Burada yaşamaq mümkün deyil. Sadəcə görüntü yaradıblar ki, külli miqdarda kompensasiya tələb etsinlər.

Biz bir şirkət olaraq bu günə qədər daha böyük ərazilərin yaşıllaşdırmasına xidmət edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Tikinti zonasına düşən bir neçə ağac haqqında rəy gözlənilir. Tikinti layihələndirilən zaman burada ağacların olması nəzərə alınacaq. Binanın girintili və çıxıntılı olmasının səbəbi yaşıllıqlara toxunmamaqdır”.скачать dle 11.3
Mojo.az Banner