Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda vətəndaşın boynuna kəmər bağlayıb əzab verənlərə hökm oxundu

31.03.2026 18:44 447
Bakıda vətəndaşın boynuna kəmər bağlayıb əzab verənlərə hökm oxundu
Bakıda vətəndaşın boynuna kəmər bağlayıb əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işinin məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Aydın Qurbanov 5 il, Turan Rufullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilənlərdən Aydın Qurbanovun 9 il, Turan Rufullayev isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, aparılmış istintaq zamanı müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan "Elnur" adlı şəxslə birlikdə azab vermə cinayətinin törədilməsi barədə razılaşaraq cinayət əlaqəsinə giriblər.

Onlar razılaşmaya əsasən, 2024-cü ilin may ayının əvvəllərində "Tik-tok"da Elşən İbrahimovla "Elnur" adlı şəxs arasında mübahisə yaranıb.

Bu mübahisənin həll olunması üçün Aydın Qurbanov, tanışları "Elnur" adlı şəxs və Turan Rufullayevlə birlikdə avtomobillə Elşən Ibrahimovun yaşadığı Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evin qarşısına gəlib.

Onlar Elşən İbrahimovu mübahisənin həll olunması üçün yaxınlıqda yerləşən çay evlərinin birinə getmək məqsədilə avtomobilə dəvət edib.

Elşən həmin avtomobilə əyləşib. Həmin gecə saat 02:30 radələrində Elşənin yanında arxa oturacaqda əyləşmiş Aydın Qurbanov əynində olan şalvarının kəmərini çıxararaq onun boyununa keçirərək sıxaraq bağlayıb.

Aydın yol boyu kəmərdən tutaraq mütamadi dartmaqla Elşəni boğaraq güclü fiziki ağrı və psixi iztirablar verməklə, qəddar, ləyaqəti alçaldan və qeyri-insani rəftar və davranışa məruz qoyub.

İttiham aktında göstərilib ki, Aydın Elşən İbrahimovun ünvanına "qardaşlarımı və qardaşlarımın doğmalarını söyəni it kimi tutmuşam...Mənim adım Aydındır, gəncəliyəm, bax it kimi gəzdirirəm, it kimi.... hamı görsün, hamı da bu gün görəcək" sözlərini səsləndirib. Bu zaman "Elnur" adlı şəxs bunu öz mobil telefonu vasitəsi ilə "Tik-tok"da canlıda göstərərək paylaşıb.

Bundan başqa, Aydın Qurbanov və Turan Rufullayev Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma va satmaqda da ittiham olunurlar.

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev 24 iyun günorta radələrində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətiriliblər.

Onlara qarşı cinayət məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
//unikal.az

Son xəbərlər