Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"İt kimi tutmuşam" deyib zorakılığı canlı yayımladılar: Məhkəmədə şok faktlar

10.03.2026 20:40 570
Bakıda vətəndaşa əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edildikdən sonra prokuror Tural Yaqubov ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəmədən Aydın Qurbanovun 9 il, Turan Rufullayevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Çıxış üçün söz vəkillərə verilsə də, onlar hazır olmadıqlarını bildirərək məhkəmədən vaxt istəyiblər.

Növbəti məhkəmə iclası martın 31-dək təxirə salınıb.

İstintaqla müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan "Elnur" adlı şəxslə birlikdə 2024-cü ilin may ayının əvvəllərində "TikTok" sosial şəbəkəsində Elşən İbrahimovla "Elnur" adlı şəxs arasında yaranmış mübahisə ilə əlaqədar onu görüşə çağırıblar.

Onlar Elşən İbrahimovun yaşadığı Bakı şəhərinin Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evinin qarşısına gələrək onu mübahisənin həlli məqsədilə yaxınlıqdakı çay evlərindən birinə dəvət ediblər.

Bundan sonra Elşən İbrahimov onlara məxsus avtomobilə mindikdən sonra arxa oturacaqda əyləşmiş Aydın Qurbanov əynində olan şalvarının kəmərini çıxararaq onun boynuna keçirib və ona fiziki əzab verib. Bildirilir ki, o, Elşən İbrahimovu təhqir edərək "it kimi tutmuşam" və buna bənzər ifadələr səsləndirib.

Bu zaman "Elnur" adlı şəxs mobil telefonu vasitəsilə "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq Elşən İbrahimovun zorakılığa məruz qalmasını nümayiş etdirib.

Bundan başqa, Aydın Qurbanov və Turan Rufullayev satış məqsədilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satmaqda da ittiham olunurlar.

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev 2024-cü il iyunun 24-də saat 15:55-də qeyd olunan ünvanda saxlanılaraq idarənin inzibati binasına gətiriliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs tərəfindən əzab vermə), 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitələrin hazırlanması, daşınması və saxlanılması) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ittiham irəli sürülüb.
//oxu.az

Son xəbərlər