Mojo.az Banner
16:22 Baş Prokurorluqda səkkiz əməkdaş intizam məsuliyyətinə cəlb edilib  |     16:03 Qonaq getdiyi qohumunun evini taladı  |     15:44 Azərbaycanda bir neçə müəssisə ləğv olunub (Yenilənib)  |     15:41 Qayanada gəminin batması nəticəsində ölənlərin sayı 72-yə çatıb  |     15:40 Xaricdə təhsil hüququ qazananların SİYAHISI AÇIQLANDI  |     15:32 Oğuzda yanğın törədən şəxsin kimliyi MƏLUM OLDU  |     13:18 Ermənilər daha rusiyalılara süd verə bilməyəcəklər  |     13:08 Bakıda birgə kirayədə yaşadığı şəxsi öldürənə HÖKM OXUNUB  |     12:45 Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi  |     12:38 "İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR  |     12:06 Azərbaycanda zəlzələ oldu  |     11:54 Gəncədə avtomobil təmiri sexində meyit tapılıb  |     11:42 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     11:35 Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:01 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA  |     22:55 Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı  |     22:43 Bu avtobus marşrutları müsabiqəyə çıxarılır  |     22:38 Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza  |     22:23 65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...  |     22:17 Sosial müavinət və təqaüdlər bu tarixdə ödəniləcək  |    
Left Banner
Right Banner

Azərbaycanda məişət zorakılığı artıb - QORXUNC STATİSTİKA

10.03.2026 17:24 597
Azərbaycanda məişət zorakılığı artıb - QORXUNC STATİSTİKA
2025-ci il üzrə statistikaya əsasən, qadınlara qarşı törədilmiş cinayətlərin sayı 6541 olub. Eyni dövrdə qadınlar tərəfindən törədilmiş cinayətlərin sayı isə 1943 təşkil edib.

Median.Az modern.az-a istinadən  xəbər verir ki,  Dövlət Statistika Komitəsindən bildirilib ki,
hesabat ilində ümumilikdə 21 031 nəfər cinayət törətmiş şəxs qeydə alınıb. Onlardan 19 694 nəfəri kişi, 1337 nəfəri isə qadın olub. Statistik məlumatlara görə, cinayət törətmiş şəxslər arasında 3646 nəfər əvvəllər də cinayət törətmiş şəxslər olub..

2025-ci ildə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə alınıb. Bu cinayətlər arasında 53 qəsdən adam öldürmə, 20 adam öldürməyə cəhd, 30 qəsdən sağlamlığa ağır zərər vurma, 64 qəsdən sağlamlığa az ağır zərər vurma, 1202 qəsdən sağlamlığa yüngül zərər vurma, 6 əzab vermə, 1 öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və 20 digər cinayət faktı yer alıb.

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər çəkmiş qadınların sayı isə 1176 nəfər olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatına əsasən, məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir. Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın - 62; kişi 1221) şəxs məsuliyyətə cəlb olunub. Bununla yanaşı 2 cinayət təkrar törədilib. 2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb (qadın - 29, kişi -16).скачать dle 11.3
Mojo.az Banner