Mojo.az Banner
17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda cinayət törədən uşaqlar: hər il 400-dən çox...

13.02.2026 20:28 474
Azərbaycanda cinayət törədən uşaqlar: hər il 400-dən çox...
Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən "İdrak” Liseyində 10-cu sinif şagirdi Əli Şirinov insident törədib.

Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək liseydə müəllim işləyən Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar göstərir ki, hər il Azərbaycanda "İdrak” Liseyindəki kimi yeniyetmələrin iştirakı ilə müxtəlif cinayətlər törədilir.

Modern.az saytı yeniyetmələrin törətdiyi cinayətlərin statistikasını araşdırmağa çalışıb.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, hər il 400-dən çox 14-17 yaşda olan uşaq cinayət törədir. Məsələn, 2024-cü ildə 472 nəfər yeniyetmə müxtəlif cinayətlər törədib. Həmin hadisələrdən 85-i ağır və xüsusilə ağır cinayətlər olub.

Rəsmi məlumata görə, 14-17 yaşda olan uşaqların törətdikləri cinayətlərə aşağıdakılar daxildir:

- qəsdən adam öldürmə və adam öldürməyə cəhd;
- qəsdən sağlamlığa ağır zərər vurma;
- zorlama və zorlamaya cəhd;
- oğurluq;
- dələduzluq;
- soyğunçuluq;
- quldurluq;
- xuliqanlıq;
- narkotik vasitələrlərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər;
- yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma.

Statistika göstərir ki, yeniyetmələrin törətdikləri ən çox cinayət oğurluqdur. 2024-cü ildə 161 uşaq oğurluq üstündə tutulub.

Sonrakı yerdə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti gəlir. 2024-cü ildə 14-17 yaşda olan 47 uşaq bu cinayəti işlədib.

Elə həmin ildə 15 yeniyetmə qəsdən adam öldürmə və adam öldürməyə cəhdə görə saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner