Mojo.az — elanlar
Son Xəbərlər
14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Oğurluğa girdi, soyuducuda gizləndi - Ev sahibinin ürəyi getdi

24.12.2025 17:17 444
Oğurluğa girdi, soyuducuda gizləndi - Ev sahibinin ürəyi getdi
Bakı və Göyçayda soyğunçuluqla məşğul olan şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Göyçay şəhərində anadan olmuş F.Y.-nın Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, F.Y gecə saat 00:30 radələrində Göyçay şəhərində evlərdən birinin giriş qapısında qıfıl olmadığını görüb və evdə heç kimin olmadığını bildiyi üçün hasardan aşaraq həyətə daxil olub. 650 manat dəyərində əmlakı oğurlayan zaman dəmir qapı açılıb və həyətə 4 nəfər (bir qadın, üç kişi) daxil olub. Həmin şəxslərin onu görməməsi üçün soyuducunun içinə girərək gizlənib. Yaşlı qadın soyuducunun qapısını açan zaman onu görüb və qışqırıb. Bu zaman qadının ürəyi gedib. Kişilər onu tutub saxlasa da, qadının ürəyinin getməsindən istifadə edədək qaça bilib.

Təqsirləndirilən şəxs növbəti oğurluğunu Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, "Dakar" dairəsinin yaxınlığında törədib. O, həmin yerdə piyada gedən V.C. adlı hicablı bir qadının gödəkçəsinin cibindən 3500 manat dəyərində telefonun oğurlayıb.

Soyğunçuluqla məşğul olan şəxs Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən "8-ci kilometr bazarı"nda Q.X. adlı şəxsin də 2000 manatlıq telefonunu oğurladıqdan sonra saxlanılıb.

Məhkəmənin hökmü ilə F.Y. 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər