Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək | 13:10 Azərbaycanda fond yaratmaq 10 dəfə bahalaşır - Yeni tələb | 13:07 Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda vətəndaşın evini 30 il zəbt edən məcburi köçkün cərimə edildi

03.12.2025 14:35 732
Bakıda vətəndaşın evini 30 il zəbt edən məcburi köçkün cərimə edildi
Bakıda vətəndaşın mənzilini 30 il zəbt edən keçmiş məcburi köçkün cərimə edilib.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib. Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən ailəsi ilə birlikdə məcburi köçkün düşmüş Azər Xəlilov (ad və soyad şərtidir) Bakıya gəlib. O, 1995-ci ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin 57 saylı mənzilini zəbt edib, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlayıblar.

Mənzilin sahibi onlardan evdən çıxmaq tələb etsə də, ailə həmin evi boşaltmayıb. Nəticədə mənzilin qanuni sahibi 1995-ci ildən bu günə qədər kirayələrdə yaşayıb.

2017-ci ildə mənzil sahibi bununla bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə vətəndaşın mənzil hüququnu tanıyıb və məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərar qəbul edib. Amma ailə yenə də mənzili boşaltmayıb və səbəb kimi köçməyə evinin olmadığını bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ailəyə Biləsuvar rayonu ərazisində mənzil təklif etsə də, ailə həmin evə köçməkdən imtina edib. Ailə başçısı bildirib ki, ya ailəyə Lökbatan qəsəbəsində ev verilməlidir, ya da Cəbrayıl rayonunun Aşağı Maralyan kəndində tikilən evlər hazır olandan sonra vətəndaşın mənzilini boşalda bilər. Ailə başçısı məhkəmə qərarının icrasından imtina edib.

Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru hadisə barədə protokol tərtib edir və iş məhkəməyə göndərilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Xəlilov 500 manat cərimə edilib.
//oxu.az

Son xəbərlər