Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş məcburi köçkün evdən çıxmaq üçün 20 min manat tələb edir - İDDİA (Video)

26.08.2025 12:16 1 371
Keçmiş məcburi köçkün evdən çıxmaq üçün 20 min manat tələb edir - İDDİA (Video)
Keçmiş məcburi köçkünün məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istədiyi iddia olunur.

Median.Az
Xəzər TV-yə istinadla xəbər verir ki, yayılan səs yazısının Qubadlı rayonunun Muradxanlı kəndindən olan keçmiş məcburi köçkün, hazırda Sumqayıt şəhərində başqasının evində məskunlaşan Mehriban Hüseynovaya məxsus olduğu bildirilir.

İddialara görə, o, 32 il əvvəl sığınacaq üçün öz dördotaqlı evini məcburi köçkünə verən Səlminaz Verdiyevanı təhdid edib. Hətta evdən çıxmaq üçün özü və baldızı üçün ümumilikdə 20 min manat pul tələb edib.

Mehriban Hüseynova isə səs yazısının ona aid olduğunu inkar etmir.

Mənzilin əsl sahibi Səlminaz Verdiyeva bildirib ki, öz evi olmasına baxmayaraq, yataqxanada yaşayır. Ev sahibi əlavə edib ki, Mehriban Hüseynova və baldızından evini boşaltmalarını tələb edib. Qərar verilib ki, həmin keçmiş məcburi köçkünlər evi boşaltsınlar, lakin onlar buna əməl etmirlər və əksinə, pul tələb edirlər.

Hadisə ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yayılan səs yazısından onlar da məlumatlıdırlar.

Qubadlı Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, baş verənlərlə bağlı sözügedən ailə ilə görüş keçirilib. Lakin onların müvəqqəti başqa mənzildə məskunlaşması üçün icra hakimiyyətinin balansında hələ ki, hər hansı mənzil yoxdur.

Ətraflı süjetdə:скачать dle 11.3

Son xəbərlər