Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş məcburi köçkün yaşadığı evdə kommunal borc saxlayıbsa, KİM ÖDƏMƏLİDİR? (FOTO)

27.01.2025 15:27 870
Keçmiş məcburi köçkün yaşadığı evdə kommunal borc saxlayıbsa, KİM ÖDƏMƏLİDİR? (FOTO)
Torpaqlarımız işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesinə start verilib.

Amma bu qayıdış prosesində bəzən mübahisəli məqamlar da nəzərə çarpır.

Şikayətçi vətəndaşlardan biri evində 32 il yaşamış keçmiş məcburi köçkünlə mübahisəsi olduğunu qeyd edib.

Vətəndaşın sözlərinə görə, həmin ailə evdən köçərkən su üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə 367 manat borc saxlayıb və ödəniş etməkdən imtina edir.


Maraqlıdır ki, mövcud situasiyada problem necə həll edilməlidir? Borcu hansı tərəf ödəməlidir?

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, 2017-ci ilə qədər məcburi köçkün statusu olan şəxslərin su və məişət tullantılarının daşınmasına görə olan borcları müvafiq normalar həddində birbaşa kommunal xidmət təşkilatına ödənilirdi:

"2017-ci ildən etibarən isə kommunal xərclər üçün ayrılan vəsait məcburi köçkünlərin özlərinə ödənilib. Onlar da həmin müavinətdən kommunal borclarını ödəməli idilər. Görünür, həmin evdə yaşayan keçmiş məcburi köçkün uzun müddət ödənişi etməyib və elə bir borc yaranıb.

Belə təqdirdə, artıq bu məsələ evin sahibi və keçmiş məcburi köçkün arasında həll edilməlidir. Əgər keçmiş məcburi köçkün israrla borcu ödəmirsə, o zaman ev sahibi məhkəməyə müraciət edə bilər. Çünki borcu keçmiş məcburi köçkün ödəməlidir, onlara kommunal borcları ödəmək üçün vəsait ayrılıb".

Son xəbərlər