Mojo.az Banner
14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |    
Mojo.az Avto
Mojo.az Avto

Həzi Aslanov stansiyasındakı təmir nə vaxt bitəcək?

26.11.2025 19:15 372
Həzi Aslanov stansiyasındakı təmir nə vaxt bitəcək?
Noyabrın 30-da Həzi Aslanov stansiyasındakı təmirin başlamasının 1 ili olacaq. Stansiyadan müəyyən qrafiklə sərnişinlərin daşınması təmin olunur.

Ancaq yenə də maraqlıdır ki, təmir nə zaman yekunlaşacaq? Çünki nəzərə almaq lazımdır ki, yaxın zamanda 28 May stansiyasında da yenidənqurma işlərinin başlanması nəzərdə tutulub.

Bizim.Media mövzuyla bağlı "Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

"Hazırda "Həzi Aslanov” stansiyasının dalanında mərhələli şəkildə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Həmçinin gücləndirmə məqsədilə texnoloji proseslərin tələblərinə uyğun olaraq ən mühüm və çoxşaxəli silsilə inşaat tədbirləri görülür. Qeyd olunmalıdır ki, bu müddətdə "Həzi Aslanov” stansiyası sərnişindaşıma fəaliyyətini dayandırmadan xidmət göstərir. Qatarların hərəkəti xüsusi qrafik əsasında təşkil olunub", deyə "Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib .

Açıqlamada qeyd olunub ki, stansiyada aparılan tikinti işlərinin 2026-cı il ərzində yekunlaşdırılması planlaşdırılır.скачать dle 11.3
Mojo.az Banner