Mojo.az Banner
13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

Astarada naringi ağaclarda çürüyür: Səbəb nədir?

07.11.2025 15:55 657
Astarada naringi ağaclarda çürüyür: Səbəb nədir?
Astarada naringi ağaclarda çürüyür.

Bunu iqtisadçı Vahid Məhərrəmli bildirib.

O, Astarada naringi istehsalçılarının növbəti dəfə ciddi problemlərlə qarşılaşdığını bildirib:

"Naringi meyvələri xırda olmaqla məhsuldarlığı kəskin şəkildə aşağı düşüb. Əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün naringiyə təlabat xeyli azalıb. Kəndlərdə saxlama kameraları olmadığına görə, məhsul ağaclarda qalıb çürüyür. 2018-ci ildə "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Qəbul edilmiş dövlət proqramının icra müddəti 2024-cü ildə başa çatıb. Sənəddə qeyd edilib ki, "Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur”. DSK-nın məlumatlarına əsasən apardığım hesablamalar gstərdi ki, 2024-cü ildə sitrus meyvələrinin istehsal həcmi 85 min ton təşkil etmişdir. Bu da dövlət proqramında nəzərdə tutulduğundan 15 min ton, yəni 15% azdır”.

İqtisadçının fikirincə, bu araşdırmalar onu deməyə əsas verir ki, dövlət proqramının qəbulundan sonra sitrus bitkilərinin məhsuldarlığını artırmaq və əvvəlki səviyyəyə çatdırmaq mümkün olmayıb:

"Belə ki, limonun məhsuldarlığı 2000-ci ildə hər hektardan 163,7 sentner olduğu halda, 2024-cü ildə bu göstərici 50,6 sentner azalaraq 113,1 sentnerə düşüb. Son 10 il ərzində feyxoanın məhsuldarlığı 139,5 sentnerdən 112,4 sentnerə, naringinın məhsuldarlığı isə 270,9 sentnerdən 229,9 sentnerə düşüb. Portağalın məhsuldarlığı 20 il əvvəl 257, 8 sentner təşkil etdiyi halda, 2024-cü ildə 105,4 sentner azalaraq 152,4 sentnerə enib”.скачать dle 11.3
Mojo.az Banner