Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)

24.09.2026 21:01 438
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)
Bu gündən metronun 2 stansiyasından sərnişinlər ödənişsiz şəkildə istifadəyə başlayıblar.

Yeni tədris ilinin başlaması ilə Bakı-Sumqayıt yolu, xüsusilə “Şamaxinka” və 20 Yanvar metrostansiyaları ətrafında saatlarla xaoatik vəziyyət yaranırdı. Bu, ictimai nəqliyyatın hərəkətinə təsir göstərməklə yanaşı, şəhər istiqamətində sıxlığın yaranmasına səbəb olurdu. Bu məqsədlə xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə Sumqayıt, Xırdalan şəhərləri, Bakı-Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin "Şamaxinka" və 20 Yanvar ərazilərinə daxil olmadan metrodan istifadəsi üçün şərait yaradılıb.

Sərnişinlər də bildirirlər ki, metrostansiyalara rahat gedişin təmin olunması ilə mənzil başına daha tez və rahat çatırlar.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, görülən tədbirlər sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına hesablanıb. Prosesin başlanması ilə artıq bu stansiyalara sərnişin axını başlayıb.

Yerüstü Nəqliyyat Agentliyi də Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsi, Xırdalan şəhəri, Masazır, Müşfiqabad, Hökməli, Sulutəpə və Çiçək qəsəbəsindən, Binəqədi və Biləcəridən gələn bəzi marşrut avtobuslarının aralıq dayanacağını "Avtovağzal" metrostansiyasında təyin edib.

Bəs bu proses nə vaxta qədər davam edəcək?//Xəzər TV

Son xəbərlər