Mojo.az Banner
20:41 Azərbaycan millisinin baş məşqçisi işdən çıxarıldı  |     20:36 Bazarlarda bu məhsullar UCUZLAŞDI - Video  |     20:30 Bu ölkədə qida məhsullarında Çernobıl izləri tapıldı  |     20:24 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı  |     20:17 Bu, dünyanı qida fəlakətinə aparır  |     20:12 Sərxoş vəziyyətdə "Ford" sürən şəxs həbs edildi  |     20:04 "Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi  |     19:59 Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!  |     19:52 Sabah 25° isti olacaq  |     19:47 Qarabağ və Şərqi Zəngəzura 386 milyon manat vəsait qoyulub  |     19:40 Sosial yardım alanların əmlakı sığortasız qalıb  |     19:34 45 min iranlı evsiz qalıb  |     19:25 Dəhşətli qəzada ölən qadın müəllim imiş  |     19:20 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     19:11 İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək  |     19:06 Türkiyədə bələdiyyə sədri həbs olundu  |     19:06 Gülməmməd Bayramovun 30 il gizli qalan QƏTLİ: Öldürüb borunun içində gizlədiblərmiş - Qatillərin ADLARI AÇIQLANDI  |     18:45 Qubada 9-cu sinif şagirdi vəfat etdi  |     18:40 Livanın cənubunda gərginlik: İsrail və "Hizbullah" arasında atəşkəs pozuldu, ölənlər var  |     18:24 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti beton boruda gizlədiblər  |    
Left Banner
Right Banner

Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti DAYANDIRILIR

12.09.2025 20:33 753
Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti DAYANDIRILIR
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan-Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq".

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən Xırdalan-Sumqayıt-Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar Bakı-Biləcəri-Xırdalan-Bakı xətti ilə hərəkət edəcək.

Bununla əlaqədar olaraq, sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq. Belə ki, Bakı-Xırdalan və Xırdalan-Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılacaq.

Bakı-Xırdalan və Xırdalan-Bakı xətləri üzrə reyslərin sayı qeyri-iş günləri isə 16-dan 22-yə çatdırılacaq, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək.

Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır. Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı-Xırdalan-Bakı xətti üzrə əlavə reyslərin təşkil olunması sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10%-lik artıma səbəb olacağı gözlənilir.

Sərnişindaşımalarda etibarlı daşıyıcı olan ADY tərəfindən Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə Bakı-Keşlə sahəsində "Bağırov körpüsü" kimi tanınan ərazidə əsaslı təmir işləri aparılıb. Təmir işləri çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda asfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu da infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib.

Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.скачать dle 11.3
Mojo.az Banner