Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosu səhərə qədər işləyə bilər

29.05.2019 12:14 7 182
Bakı metrosu səhərə qədər işləyə bilər
“Bakı Metropoliteni”nin stansiyaları futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər.

Bu barədə oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar insanların mənzil başına rahat gedişini təmin etmək üçün “Bakı Metropoliteni”nin stansiyaları mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər:

“Bu gün bütün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib. Final qarşılaşmasının başlayacağı vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən, ehtiyat qatarların ayrılması nəzərdə tutulub.

Qarşılaşmanı izləməyə gələn insanların metropolitendən təhlükəsiz istifadəsini təmin etmək üçün səhər saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkəti təmin ediləcək. Ehtiyac olarsa, metro stansiyaları sərnişinlər tam daşınana qədər fəaliyyət göstərə bilər.

Məqsədimiz final oyununu izləyən sonuncu azarkeşə qədər təhlükəsiz və rahat mənzil başına çatdırmaqdır. Bu dəqiqə üçün metronun gecə saat 04:00-a qədər işləyəcəyi planlaşdırılıb. Lakin qeyd edilən vaxtdan sonra sərnişinlər olduğu təqdirdə onların da metrodan istifadəsi üçün şərait yaradılacaq və metronun fəaliyyəti zərurət olarsa səhərə qədər davam edəcək.

May ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edir”.

скачать dle 11.3
Mojo.az Banner