Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK

25.09.2026 13:20 480
Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK
Ovuc içi ilə ödəniş texnologiyasının yayılması bank kartları və nağd pulla yanaşı yeni ödəniş imkanları yaradır. Lakin biometrik məlumatların ödəniş sistemlərində istifadəsi bir sıra təhlükəsizlik suallarını da gündəmə gətirir. Bəs ovuc içi məlumatlarının oğurlanması mümkündürmü və belə məlumatlar sızarsa, istifadəçini hansı risklər gözləyə bilər? Biometrik məlumatı sonradan dəyişmək mümkün olmadığı üçün bu sistemlərdə təhlükəsizlik necə təmin olunur?

Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib:

"Ovuc içi ilə ödəniş texnologiyasında təhlükəsizlik əsasən damar xəritəsinin oxunması və şifrələnməsi prinsiplərinə söykənir. Skanerlər dərinin altındakı qan axınını və damar şəbəkəsini infraqırmızı şüalarla çəkdikdən sonra bu təsviri heç vaxt adi şəkil şəklində saxlamaq olmaz. Sistem həmin vizual məlumatı anında geriqaydada bərpa olunmayan riyazi koda (hash) və unikal tokenə çevirir".
Mütəxəssisin sözlərinə görə, yüksək təhlükəsizlik modullarında (HSM) yerləşdirilən bu tokenlər serverə ötürülərkən ucdan-uca şifrələmə ilə qorunur, üstəlik terminallar yalnız canlı toxumanı, təzyiqi və qan axınını hiss edən "canlılıq testi" sensorları ilə təchiz olunur.
Elvin Abbasov əlavə edib ki, biometrik məlumatların sızması və ya oğurlanması isə həqiqətən ciddi risklər yaradır. Plastik kartın PIN kodunu və ya CVV göstəricisini dəyişmək mümkündür, lakin insanın ovuc daxili damar naxışını dəyişdirmək imkansızdır. Əgər şifrələnməmiş biometrik baza kiberquldurların əlinə keçərsə, bu məlumatlar gələcəkdə digər biometrik identifikasiya sistemlərində şəxsiyyətin mənimsənilməsi və ya kütləvi kimlik saxtakarlığı üçün istifadə oluna bilər. Məhz bu ehtimal istifadəçilərin narahatlığı üçün əsas yaradır və insanları rəqəmsal gigiyenada daha ehtiyatlı olmağa sövq edir.

Sədr qeyd edib ki, istifadəçilərin narahat olması üçün obyektiv əsaslar var, çünki təhlükəsizlik zəmanəti texniki alqoritmlərlə yanaşı, xidməti təqdim edən provayderin etibarlılığından asılıdır. İnsanlar bu sistemə qoşularkən ilk növbədə xidmət müqaviləsində fərdi məlumatların qorunması, onların üçüncü şəxslərə ötürülməməsi və istənilən an biometrik profilin sistemdən silinməsi (unlinking) hüququnun tanındığını yoxlamalıdırlar. Eyni zamanda, yalnız rəsmi banklar və sertifikatlaşdırılmış ödəniş operatorları tərəfindən quraşdırılan terminallardan istifadə etmək, şübhəli yerlərdəki oxuyuculardan uzaq durmaq lazımdır.
Elvin Abbasov sonda vurğulayıb ki, ovuc içi ilə ödəniş gələcəkdə ənənəvi bank kartlarını tamamilə sıradan çıxarmasa da, gündəlik təmas nöqtələrində onları böyük ölçüdə əvəz edə bilər. Metroda, marketlərdə, idman zallarında və ya kassa növbələrində cib telefonu və ya kart daşımadan sürətli ödəniş etmək böyük rahatlıq yaradır. Lakin tam keçid üçün həm terminalların kütləvi quraşdırılması xərcləri azaldılmalı, həm də insanların biometrik məlumatların təhlükəsizliyinə olan etimadı tam formalaşmalıdır.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər