Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər

25.09.2026 13:23 831
Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər
Elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycanda hər üç nəfərdən ikisinin oxuduğu mətni anlamaqda çətinlik çəkdiyini açıqlaması təhsil sistemində oxu və anlama bacarıqlarının vəziyyətini yenidən gündəmə gətirib. Açıqlanan nəticələr məktəb proqramlarının, xüsusilə ibtidai təhsil mərhələsində tətbiq olunan yanaşmaların uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğunluğu ilə bağlı müzakirələri də aktuallaşdırıb.

Nazirin açıqladığı nəticələr Azərbaycanda məktəb təhsilinin müddəti, uşaqların məktəbə başlama yaşı və ibtidai siniflər üzrə tədris proqramlarında dəyişikliklərin gündəmə gəlməsi üçün əsas yarada bilərmi? Yaxın dövrdə bu istiqamətdə ciddi və ya sistemli dəyişikliklərin həyata keçirilməsi gözlənilirmi?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Median.Az-a bildirib ki, təəssüf ki, ölkədə vətəndaşların oxuyub-anlaması ilə bağlı müəyyən çətinliklər var:

“Bu çətinlik nəsildən-nəslə ötürülə bilər. Çünki valideynlər oxuyub-anlama ilə bağlı çətinlik çəkirsə, onların müvafiq mövzularda övladlarına izah verməsində də problemlər yarana bilər. Bu stereotipi aradan qaldırmaq üçün prosesə ən təməl mərhələdən başlamalıyıq. Ən təməl mərhələ isə məktəbəqədər təhsildir. Məktəbəqədər təhsildə uşaqların oxuyub-anlama bacarıqlarını yaxşılaşdırsaq, sonrakı təhsil pilləsində məktəbəhazırlıq və ibtidai təhsildə bunu daha da möhkəmləndirsək, yuxarı təhsil pilləsinə keçiddə vəziyyəti müsbətə doğru dəyişə bilərik. Ümumiyyətlə, bu istiqamətdə nailiyyət əldə etmək üçün uşaqların tədris prosesinə başlaması ilə bağlı müvafiq qərarlar qəbul edilməlidir. Hazırda məktəbəhazırlıq qrupları fəaliyyət göstərir və 5 yaşlı uşaqlar həmin qruplara qəbul olunurlar. Artıq bir neçə ildir ki, bunu müşahidə edirik və bunun müsbət nəticələri olacaq”.
O qeyd edib ki, tədris proqramlarına gəlincə, məktəbəqədər, məktəbəhazırlıq və ibtidai təhsil pillələrində oxuyub-anlama, eləcə də dinləmə mətnləri tətbiq edilməlidir:
“Bu, şagirdlərin daha yuxarı təhsil pilləsinə keçərkən prosesə tam hazırlıqlı olmasına imkan verər. Bu cür yanaşma tədris proqramlarında müvafiq dəyişikliklərin aparılması üçün əsas yarada bilər. Yaxın dövrdə bu istiqamətdə həm sistemli, həm də ciddi işlərin aparılması nəzərdə tutulur. Yəqin ki, növbəti tədris ilində və ya sonrakı illərdə həm tədris proqramlarında yeniliklərin, həm də mövcud problemlə bağlı təlimlərin keçirilməsinin şahidi olacağıq. Bu tədbirlər nəticəsində təxminən 5-6 il sonra mövcud problemin böyük ölçüdə aradan qaldırılması mümkün olacaq”.

Aysel

Son xəbərlər