Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA

25.09.2026 12:16 1 014
Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA
Bank kartlarının sayına tətbiq edilən yeni yanaşma son günlər vətəndaşlar arasında bir sıra suallar yaradıb. Xüsusilə eyni bankdan bir neçə kartı olan və ya əlavə kart əldə etmək istəyən müştərilər üçün yeni qaydaların nə ifadə etdiyi maraq doğurur.

Azərbaycan Banklar Assosiasiyasının açıqlamasına görə, müəyyən edilmiş limitlər qəti xarakter daşımır və risk əsaslı yanaşma çərçivəsində artırıla bilər. Bəs praktikada bu necə olacaq? Bir şəxsin bir neçə bankda kartının olması problem yarada bilərmi, bank hansı halda əlavə kart verməyə bilər və müştəri əlavə karta ehtiyacını necə əsaslandırmalıdır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib:

"Azərbaycanda son illərdə qəribə bir vəziyyət yaranıb. Bir neçə il bundan əvvəl vətəndaşların xarici valyuta alışına məhdudiyyət qoyuldu və ildə 20 min qaydası tətbiq edildi. Bunun kim tərəfindən edildiyini soruşduqda, heç bir dövlət orqanı məsuliyyəti öz üzərinə götürmədi. Daha sonra bunu bankların etdiyini dedilər".
Mütəxəssisin sözlərinə görə, təxminən 2 ay öncə kartdan-karta əməliyyatlarına da məhdudiyyətlər qoyuldu. Bu qərarı da heç bir dövlət orqanı üzərinə götürmədi və bankların üzərinə atdılar.

Əkrəm Həsənov əlavə edib ki, indi də kartlarla bağlı qadağanı bankların üzərinə yıxdılar. Hansı normal kommersiya strukturu, xüsusən də bank öz ticarətinə, alverinə, qazancına məhdudlaşdıran qadağalar qoyar?!

Bank üzrə ekspert bu qadağaların dövlət qurumları tərəfindən həyata keçirildiyini deyib:

"Sadəcə olaraq bunu bankların əli ilə edirlər. Bu da onu göstərir ki, Azərbaycanda normal bazar iqtisadiyyatı yoxdur. Banklar SSRİ zamanında olduğu kimi inzibati orqan kimi fəaliyyət göstərirlər".

Qurumların məqsədindən bəhs edən Ə. Həsənov qeyd edib ki, bunu nəzarət etmək üçün öz işlərini asanlaşdırırlar:

"Onlar savadsız və tənbəl olduqları üçün başqa yol görmürlər. Normal bazar iqtisadiyyatı olan ölkələrdə belə qadağalar yoxdur. Çində belə qadağalar var amma orada da bazar iqtisadiyyatı yoxdur"

Vətəndaşlar üçün olan problemlərə də toxunan mütəxəsis vurğulayıb:
"Bu, əksəriyyət üçün problem deyil. İnsanların əsasən bir bankdan bir kartı olur. Lakin bəzi vətəndaşlar var ki, bir bankda, eyni valyutada 2 kart saxlayır. Bunu etməkdə məqsəd isə pulun oğurlanmasının qarşını almaqdır. Məsələn, kiminsə 7 mini var və digər kartı da həmişə boş olur. Portalda və s. ödəniş etmək lazım gələndə, 7 min olan kartdan gərəkli olan məbləği öz kartına köçürür. Çünki öz kartına edilən köçürmələrdə məhdudiyyətlər yoxdur və istənilən qədər bu prosesi həyata keçirə bilər. Belə olduqda, vətəndaşlar özlərini xakerlərdən qorumuş olur. Bundan sonra isə vətəndaşlar qoyulan qadağalara əsasən belə proseslərdən istifadə edə bilməyəcək".

Dəniz Pənahova
Median.Az

Son xəbərlər