Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |    
Mojo.az Avto
Mojo.az Avto

Kreditlərin birləşdirilməsi: rahatlıq, yoxsa əlavə xərc?

18.05.2026 14:38 459
Kreditlərin birləşdirilməsi: rahatlıq, yoxsa əlavə xərc?
Bankların son dövrlərdə təqdim etdiyi kredit kampaniyalarında bir neçə kiçik borcun birləşdirilərək daha böyük məbləğli kreditlə əvəz olunması halları geniş yayılıb. Bu cür təkliflər ilkin baxışda aylıq ödənişlərin azalması və maliyyə yükünün yüngülləşməsi kimi görünsə də, əslində bəzi vətəndaşlar üçün əlavə faiz xərcləri və uzunmüddətli borc öhdəliyi yarada bilər. Görəsən, kiçik kreditləri bağlamaq məqsədilə daha iri məbləğdə kredit götürmək doğrudan da sərfəli seçim sayılırmı?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu yanaşma bəzi hallarda sərfəli ola bilər, lakin nəticə yalnız konkret hesablamalar əsasında müəyyənləşdirilə bilər.
Onun sözlərinə görə, vətəndaş ilk növbədə mövcud kreditlərinin hər biri üzrə aylıq ödənişləri və ümumi geri ödəniş məbləğini diqqətlə müqayisə etməlidir:

“Bankların təqdim etdiyi yeni kredit qrafiklərində göstərilən ümumi ödənişə baxaraq, mövcud borclarla müqayisə aparmaq vacibdir. Əgər yeni kredit nəticəsində ümumi ödəniş azalırsa və eyni müddət ərzində daha az maliyyə yükü yaranırsa, bu halda həmin seçim daha məqsədəuyğun hesab oluna bilər”.

Ekspert əlavə edib ki, hətta bəzi hallarda ümumi məbləğdə ciddi fərq olmasa və ya tam eyni məbləğə düşsə belə, bir kreditin olması və ayda yalnız bir dəfə ödəniş edilməsi bir çox vətəndaş üçün daha rahat və idarəolunan variant hesab olunur:

“Çünki bir neçə kredit olduqda ay ərzində müxtəlif tarixlərdə ödənişlərin həyata keçirilməsi zərurəti yaranır ki, bu da həm planlaşdırmanı çətinləşdirir, həm də maliyyə intizamı baxımından əlavə yük yarada bilər. Tək kredit isə ödənişlərin daha sistemli və rahat şəkildə aparılmasına, eyni zamanda büdcənin daha səmərəli idarə olunmasına imkan verir. Bununla yanaşı, elə hallar da ola bilər ki, bu dəyişiklik hər zaman maliyyə baxımından daha sərfəli nəticə verməsin. Ona görə də hər bir vəziyyət fərdi şəkildə qiymətləndirilməli, konkret rəqəmlər və şərtlər əsasında qərar qəbul olunmalıdır.

Banklar da bu prosesi əsasən müştəri üçün rahatlıq yaratmaq və ödənişlərin daha vahid formada toplanmasını təmin etmək məqsədilə tətbiq edirlər. Burada məqsədin vətəndaşı əlavə faizlə yükləmək və ya aldatmaqdan çox, ödəniş prosesini sadələşdirmək və idarəetməni asanlaşdırmaq olduğunu demək olar. Ümumilikdə isə bu yanaşma həm bank, həm də müştəri üçün müəyyən hallarda qarşılıqlı rahatlıq və səmərəlilik yarada bilər”.

Son xəbərlər