Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Haradan kredit götürmək daha sərfəlidir - Bank, BOKT, yoxsa Lombard?

12.02.2025 11:52 1 467
Haradan kredit götürmək daha sərfəlidir - Bank, BOKT, yoxsa Lombard?
Maddi ehtiyaclarını qarşılamaq üçün vətəndaşlar çox zaman üç maliyyə mənbəyinə üz tuturlar: banklar, bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar. Bəs bu alternativlərdən hansı daha etibarlı və sərfəlidir?

Mövzu ilə bağlı Moderator.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, kredit götürən şəxs üçün əsas meyar etibarlılıqdan çox, kreditin şərtləri və faiz dərəcəsidir:

“Əsas məsələ kreditin faizidir. Faiz dərəcəsi nə qədər aşağı olarsa, kredit bir o qədər sərfəli olar. Ən aşağı faizlər banklarda təklif edilir, sonra bank olmayan kredit təşkilatları gəlir. Lombardlar isə ən bahalı kreditləri təklif edir. Buna görə də insanlar ilk növbədə banklardan kredit götürməyə çalışırlar. Əgər bankdan kredit ala bilməsələr, BOKT-lara müraciət edirlər. Burada da mümkün olmadıqda, məcbur qalıb lombardlara üz tuturlar.”

Ekspert lombard kreditlərində xüsusi bir riskə də diqqət çəkir:

“Banklar və bank olmayan kredit təşkilatları Mərkəzi Bank tərəfindən tənzimləndiyi üçün daha etibarlı sayılır. Lakin lombard sektoru nəzarətsiz olduğu üçün burada fırıldaqçılıq ehtimalı daha yüksəkdir.

Lombardlara Mərkəzi Bank nəzarət etmir. Faktiki olaraq, istənilən şəxs lombard açıb fəaliyyət göstərə bilər. Vətəndaşlar burada qızıl və ya digər qiymətli əşyalarını girov qoyurlar. Lakin bəzi hallarda lombardlar bu əşyaları qanunsuz şəkildə sata, dəyişə və ya başqa məqsədlərlə istifadə edə bilərlər. Buna görə də lombardlara etibar etmək risklidir.”

Ekspertin fikrincə, vətəndaşlar kredit götürərkən ilk növbədə faiz dərəcəsini, sonra isə tənzimlənmə və etibarlılıq məsələlərini nəzərə almalıdırlar. Ən sərfəli kreditlər banklar tərəfindən verilsə də, şərtləri ödəməyən vətəndaşlar alternativ variantları qiymətləndirməli olurlar".

İqtisadçı Günay Hüseynova isə qeyd edir ki, kredit götürmək sıravi vətəndaşlar üçün, xüsusilə də ödəmə qabiliyyəti zəif olan şəxslər üçün risklidir:

“Çətin vəziyyət olmadıqca kredit götürmək tövsiyə edilmir. Hüquqi şəxslər və bizneslə məşğul olanlar üçün kreditlər zəruri ola bilər, lakin fiziki şəxslər üçün bu, düşünülmüş addım olmalıdır. İqtisadi səbəblərdən başqa, insanların kreditlərə üz tutması bəzən sosial və psixoloji faktorlarla bağlıdır. "Qonşudan geri qalma" prinsipi, bahalı telefon, maşın, ev almaq istəyi və dəbdəbəyə meyillilik insanları maliyyə yükünün altına salır. Kreditə tələbat olduğu üçün banklar və BOKT-lar yüksək faizlə borc verir. Əgər kredit tələbatı azalsaydı, mənzil və digər bahalı əşyaların qiymətləri də aşağı düşərdi. Xəstəlik və çətin vəziyyət olmadıqca kredit və ya lombard tövsiyyə olunan deyil. Məsələn, satıcı şirkətlər də bunu bildikləri üçün yüksək qiymət təyin edirlər. Çünki bilirlər ki, alıcılar "şöhrətpərəstlik" səbəbilə kredit götürüb bu məhsulları əldə edəcəklər”.

İqtisadçı xatırladıb ki, 2025-ci il 1 yanvar statistik məlumata əsasən özəl bankların kredit portfeli 20 milyard 327 milyon manatdır aylıq müqayisədə 0,2 %,illik müqayisədə 14,9% böyüyüb:

“Dövlət Banklarının Kredit Portfeli 7 milyard 150,7 milyon manatdır. Aylıq müqayisədə 1,1%,illik müqayisədə 19,9% böyüyüb . BOKT-lara gəldikdə isə 2024 -cü ildə onların kredit portfeli 808,3 milyon manat,öncəki ilin eyni dövrü ilə müqayisədə 34,5% ,başqa sözlə desək 202 milyon manat çoxdur. 2024-cü il dekabr ayı üçün MB statistik məlumatina əsasən kredit portfeli ümumi 27.477,7 təşkil edib. Businnes loans /biznes kreditləri 14.787,20, consumer loans/istehlak kreditləri 8.445,0 , mortgages/ipoteka 4.245,5 təşkil edib.
Əhalinin banka borcları isə artıb. 2024 cü ilin dekabr ayının statistik göstəricisinə əsasən 8 milyard 422,9 milyon , bir öncəki ildə 6 milyard 937 milyon təşkil edib. Son olaraq qeyd edim ki ,əgər bizdə də qarşısı alınmasa 2008 ci ildə Amerikada olan iqtisadi kriz bizdə də gözlənilə bilər...”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər